Icma.az
close
up
RU
Alın yazısı: gerçək və təəssüf

Alın yazısı: gerçək və təəssüf

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alın yazısından qaçılmaz, deyirlər. Lakin bu deyimi hərəmiz bir cür anlayır və qəbul edirik. Bəzilərimiz bu deyimə inanır, bəzilərimiz isə sözgəlişi deyilmiş bir fikir olaraq qəbul edirik. Lakin məntiqlə yanaşanda, necə olub ki, dünyaya insan gəlib,- fikirləri fonunda alın yazısının da var olması anlayışı heç də təsadüfi ola bilməz.

Dünyaya insan hansı möcüzəyə əsaslanaraq gəlibsə, hər bir kəs ya xəstəlikdən, ya qəzadan, ya qəflətən və yaxud qocalaraq dünyasını dəyişirsə, deməli, alın yazısı deyilən bir anlayış var və insan övladının həyatı da gözəgörünməz qüvvə tərəfindən o alın yazısına müvafiq hesablanıb.

Bütün bu fikirləri ayın 25-də Aktauda AZAL-ın Bakı-Qroznı reysinin qəzaya uğraması zamanı beynimdən keçirdim. Həyatı qırılan, yarımçıq qalan, hər hansı bir iş, əyləncə, əzizinə baş çəkmək və yaxud xəstəliklə bağlı bir ölkədən digər ölkəyə yolçuluğa çıxan və mənzilbaşına çatan bilməyən insanların başına gələn hadisə ilə bu düşüncələrə qapıldım.

Elə bu zaman da həqiqətən alın yazısının varlığına bir daha inandım və bunun gerçək və qaçılmaz olduğunu özlüyümdə təsdiqlədim. Ona görə ki, gözümüz önündə dəhşətli bir hadisə yaşandı. Və biz o vaxta qədər alın yazısına bəzən inanmırıq ki, bax, belə hadisələr baş verir. Məhz bu an alın yazısı məsələsinə qayıdır və yenidən ona bir nəzər salmalı oluruq.

Təəssüf ediləcək bir hadisə baş verdi xalqımız üçün. Bir gündə, bir saatın, bir anın içərisində 23 vətəndaşımız odun-alovun içərisində həyatını itirdi. Deyirlər, qəza baş verəndə o qədər dəhşətli anlar yaşanır ki... Hələ bu, yerdə deyil, göydə, ucsuz-bucaqsız səmada, yerdən səni minlərlə kilometr ayıran boş bir fəzada baş verirsə, insan övladının cəmi yumruğu boyda olan ürəyi buna necə tab gətirə bilər? Ayaqlarının torpaqdan üzülmüş olduğunu düşünərkən və içərisində olduğun təyyarənin öz məhvərindən çıxıb sağa-sola, yuxarıya-aşağıya doğru qeyri-adi hərəkətlər etdiyini görərkən insanın düşdüyü vəziyyəti düşünmək, hiss etmək bir o qədər çətin deyil.

Deməli, 37-si nəfər Azərbaycan vətəndaşı olan 67 nəfərinin hansı millətə məxsus olmasından, harada yaşamasından, haraya və nə üçün getməsindən asılı olmayaraq onların 38 nəfərinin bir gündə, bir saatda, bir faciəli hadisədə həlak olması onların alın yazısı imiş. 29 nəfərin isə eynilə hansı millətdən, hansı dildə danışmasından, haraya, nə üçün getməsindən asılı olmayaraq bir yerdə olması və yaşanan faciədən salamat qurtarması da onların alın yazısı imiş.

Beləliklə, təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub.

Bax, budur alın yazısı. Eyni məkan, eyni zaman, təyyarə qəzası... 67 yolçu və ekipaj üzvü... Sağ qalanlar və həyatını itirənlər... Sağ qalanlardan ağır xəsarət alanlar, yüngül vəziyyətə olanlar... Mənzilbaşına çatmasalar da yeni bir yolçuluğu yaxın gələcəkdə edə bilənlər və gözlərini həyata əbədiyyən yumanlar-arzuları, diləkləri ilə birlikdə...

Bəli, sözsüz ki, alın yazısıdır, bütün bunlar. Gerçək olan alın yazısı. Bir də təəssüf doğuran alın yazısı. Ölənlərə Allahdan rəhmət diləyir, qalanlara tezliklə sağalmasını, xalqımıza isə bir də belə faciənin baş verməməsi-yaşanmamasını arzulayırıq.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri