Icma.az
close
up
RU
Adların alın yazısı və qonşumuzun dəli olmağı Ömür rapsodiyaları

Adların alın yazısı və qonşumuzun dəli olmağı Ömür rapsodiyaları

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Nihat Pir

Nə vaxtsa eşitmişdim ki, adların da taleyi olur. Ya da eşitmişdim ki, adlar insan taleyinə təsir edir; onunla bir yaşayır, ömür-gün yoldaşı olur, həyatının bir parçasına çevrilir. Hansısa günün birində yoldaşlıq elədiyim hansısa bir taksi sürücüsü də belə deyirdi. Deyirdi, onun adı başqa cür olsaydı, indi başqa yerdə olardı. Başqa vəzifədə, başqa şəhərdə, ya da hətta başqa ölkədə. Onun adına vəzifə yaraşmır, pul yaraşmır, kiməsə göstəriş vermək yaraşmır. Deyirdi, məhz adına görə hamıyla mehribandır, heç kəsə əmr eləməz, heç kəsin xətrinə dəyməz. Bilmirəm. Bəlkə də, yalan deyirdi, amma mən inandım. O vaxt əlimdən bircə inanmaq gəlirdi. Taleyindən, adından, adının taleyindən bir xeyli giley-güzar edən qocaman yol yoldaşım birdən hansısa dəli qonşusundan danışmağa başladı. Deyir, indiyənə qədər iki nəfər dəli tanıyıb - ikisi ilə də qonşu olub, ikisinin də adı Nazim. Ha gözlədim ki, indicə öz adına şükür edəcək, eləmədi. Demədi ki, nə yaxşı mənim adım Nazim olmayıb. Əvvəl kənd Əhmədlidə yaşayıb. Deyir, dəli qonşusu qəbiristanlıqda yaşayırdı. Orada gecələyər, orada gəzər, orada görünərdi elə. O biri dəli Nazim isə müharibədən sonra elə olubmuş. Doxsanların müharibəsi. Nazimli-Nazimsiz hamının travması... Danışıb-danışıb bir xeyli susdu. Daha bir kəlmə də kəsmədi mənimlə. Eləcə yolumuzu getdik.

Bizim kənddə də Nazim adında bir nəfər vardı. Kəndin bütün xeyir-şər məclislərində görə bilərdin onu. Yasın düşər, Nazim dadına çatar, xeyir işində Nazim bütün gətir-götür işlərini yola verərdi. Günün birində bizim bu Nazim də dəli oldu. Başına hava gəldi Nazimin. Havalandı Nazim. Mən onda uşaq idim, bəlkə də, Nazim bircə gecənin içində dəli olmamışdı. Bəlkə, Nazimin başına hava gəlməyi uzun, lap uzun zaman içrə olmuşdu. Bilmirəm. Amma mən günün birində Nazimin çığırtısını eşitdim. Diksindim. Qorxuya düşdüm. Məktəbə gedəndə məni görər deyə. Mənə qışqırar deyə. Anam dedi, Nazimdir. Atam vəziyyəti bir az da açığa çıxardı: dəli olub. Amma qorxma, uşaqlara dəyməz. Nazimin heç vaxt heç kəslə işi olmaz.

Nazimin dəli olmağını kənddə hərə bir cür yozdu; biri dedi, elədiklərinin bədəlidir, biri dedi, Allah sevdiyi bəndəsini sınağa çəkər. Amma bunların heç biri Nazimin dəli olması həqiqətini dəyişmədi. Nazim dönüb olmuşdu dəli Nazim. Bu ad ona əvvəlki adından daha yaxşı yaraşdı sanki. Nazim deyəndə ağla min cilddə, min sifətdə adam gələrdi. Amma dəli Nazim kəndimizdə bircə nəfər idi - o da bizim qonşumuz.

Nazim dəli olandan sonra onda qəribə bir vərdiş yaranmışdı. Hər gün qonşuluğundakı ata evinə gedər, atasını var gücü ilə çağırar, səsini eşitməsi ilə də qayıdardı daxmasına. Bu, elə bir vərdişə çevrilmişdi ki, daha heç kəs Nazimin hər gün filan saatda gəlib haray-həşirlə atasını çağırması, onun evdə olduğunu biləndən sonra eləcə qayıdıb getməsi qəribə gəlmirdi. Amma iş o yerə çatdı ki, daha Nazim hamını bezdirdi. Atasını da bezdirdi, qardaşlarını da, qonşularını da... Nazimə qapı açan olmadı daha. Nazim qaldı hündür daş hasarın o üzündə, həyətə boylana-boylana gününü keçirdi. Elə küçədən harayladı atasını, onun evdə olub-olmamasını küçədən yoxladı. Atası da pəncərədən çıxıb evdə olduğunu dedi. Nazim də yenə eləcə qayıtdı daxmasına.

Günün birində Nazimin atası öldü. Bütün kənd yığılıb gəldi dəli Nazimin atasının dəfninə. Bütün kənd camaatı dəli Nazimə təsəlli oldu, ürək-dirək verdi. Amma Nazim heç nə olmamış kimi atasını haraylamağa başladı. Evdə olub-olmamasını yoxlamaq istədi. Var-gəl elədi, qapını döydü, pəncərəyə daş atdı, hasarı yumruqladı, xeyri olmadı. Atasından səs çıxmadı. Evdə olub-olmadığını heç cür dəqiqləşdirə bilmədi atasının. Ta ki kiminsə ağlına Nazimin öz dilində danışmaq gəldi. Sən demə, Nazimin lüğətində "öldü" sözü yox imiş. Sən demə, Nazim "öldü" sözünün mənası bilmirmiş.

- Atan evdə yoxdur, ay Nazim, - dedi kimsə. Laqeydcəsinə. Bəlkə, mən yanılıram, canı yanmaq elə bu cür olur, əsl təsəlli belə olmalıdır, bəlkə? Amma o cümlə Nazimin qulaqlarından girib gözlərindən çıxdı, gözləri bərəldi Nazimin. Adama elə gəlirdi, bu dəqiqə məclisi başına alıb hərəni bir tərəfə qovacaq Nazim. Elə bilirdin, bu saat qaynar qazan kimi coşub-daşacaq Nazim, ya da ocaq kimi alışıb yanacaq. Amma olmadı. Nazim dinməz-söyləməz çıxıb getdi. Ondan sonra bir də atasıgilə gəlmədi, onu axtarmadı.

Bir-iki ay bundan öncə eşitdim ki, Nazim ölüb. Amma mən bu ifadəni nədənsə ayrı cür, bax belə başa düşdüm: Nazim atasını axtarmağa gedib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri