Icma.az
close
up
RU
Alış veriş edərkən DİQQƏTLİ OLUN: Əgər bunu etsəniz, cərimə ödəməli olacaqsınız KONKRET

Alış veriş edərkən DİQQƏTLİ OLUN: Əgər bunu etsəniz, cərimə ödəməli olacaqsınız KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Mağazalarda alış-veriş zamanı müştərilərin ehtiyatsızlıqla məhsul sındırması halları zaman-zaman mübahisələrə səbəb olur. Bəs belə halda müştəri məhsulun pulunu ödəməlidirmi?

Hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən tənzimlənir:

“Həmin maddəyə əsasən, əgər öhdəlikdə başqa hal nəzərdə tutulmayıbsa və öhdəliyin məzmunundan fərqli qayda çıxmırsa, borclu yalnız qəsdən və ya ehtiyatsızlıq nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öhdəliyin hər bir təqsirli pozuntusuna (istər hərəkət, istərsə də hərəkətsizlik olsun) görə məsuliyyət daşıyır. Baxmayaraq ki, konkret halda tətbiq olunacaq xüsusi norma mövcud deyil, yuxarıda qeyd olunan maddələrə istinad edərək bu cür hallarda hüquqi qiymət vermək mümkündür. Yəni əgər ehtiyatsızlıq nəticəsində alıcı sahibkara maddi ziyan vurursa, sonuncu məhkəməyə müraciət edərək ziyanın əvəzinin ödənilməsini tələb edə bilər. Bu maddələrdən çıxan nəticəyə görə, əmlakın təsadüfi məhv olması riski, əsasən, əmlak sahibi olan şəxsə – yəni mülkiyyətçiyə aiddir.”

Bəs belə hallarda zərəri azyaşlılar törədibsə, məsələ necə tənzimlənir?

“Mülki Məcəllənin 1103-cü maddəsinə əsasən, on dörd yaşına qədər olan yetkinlik yaşına çatmayan şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulan zərərə görə onun valideynləri (və ya övladlığa götürənlər), eləcə də qəyyumu məsuliyyət daşıyır. Əgər onlar zərərin onların təqsiri nəticəsində yaranmadığını sübut edə bilməsələr, zərərin əvəzini ödəməyə borcludurlar. Bundan əlavə, əgər qəyyumluğa ehtiyacı olan azyaşlı uşaq sosial xidmət müəssisəsində və ya qanunvericiliyə uyğun olaraq qəyyum funksiyasını yerinə yetirən digər oxşar qurumda yerləşdirilibsə, həmin müəssisə zərərin öz təqsiri nəticəsində yaranmadığını sübuta yetirmədikcə, öhdəlik daşıyır. Eyni zamanda, Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna dəymiş zərər, zərərvuran şəxs tərəfindən tam şəkildə ödənilməlidir.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri