Yakuboviç Pole Çudes dən ayrılıb ayrılmayacağına aydınlıq gətirdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Oktyabrın 25-də əvəzolunmaz "Pole Çudes" kapital-şousunun Rusiyanın Birinci kanalında yayımlanmasının 35 ili tamam olur. 1991-ci ildən proqramı Leonid Yakuboviç aparır və o vaxtdan layihənin əvəzsiz simasına çevrilib.
Oxu.Az xəbər verir ki, Yakuboviç layihədən nə vaxt ayrılacağından və təqaüdə çıxacağından "Abzats"a müsahibəsində danışıb.
"Heç yerə getmək niyyətində deyiləm. Mən sonadək proqramda qalacağam. Nə qədər davam edəcəksə, o qədər də orada olacağam".
O bildirib ki, layihədə özünə layiq varis görmür.
Qeyd edək ki, "Pole Çudes"in ilk aparıcısı mərhum Vladislav Listyev olub. Sonra tamaşaçılara Leonid Yakuboviçi təqdim edib. Aparıcı həftənin hər cümə günü tamaşaçıların görüşünə gəlir.
2014-cü ildə "Ostankino" telemərkəzində kapital-şou muzeyi açılıb. Muzeyin direktoru Valeri Pereverzev bildirib ki, mükafatların təqdim edildiyi ilk qara qutu muzeyin ən dəyərli eksponatıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















