Alkaras Sinneri məğlub edərək ardıcıl ikinci dəfə Roland Qarros u qazandı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyanın ikinci raketkası olan ispaniyalı Karlos Alkaras Fransa Açıq çempionatının final matçında Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq cədvəlinin lideri italiyalı Yannik Sinnerə qalib gəlib.
Oxu.Az xəbər verir ki, turnir Parisdə keçirilib.
Qarşılaşma 4:6, 6:7 (4:7), 6:4, 7:6 (7:3), 7:6 (10:2) hesabı ilə Alkarasın xeyrinə başa çatıb.
Qeyd edək ki, Böyük Dəbilqə turnirinin finalında ilk dəfə 21-ci əsrdə doğulmuş tennisçilər oynayıblar: Sinnerin 23, Alkarasın 22 yaşı var.
Alkaras beşinci Böyük Dəbilqə çempionluğunu qazanıb. İspaniyalı daha əvvəl ABŞ Açıq (2022), Fransa Açıq (2024) və Uimbldon (2023, 2024) turnirlərinin qalibi olub. Sinner üçün bu, Böyük Dəbilqə finalında ilk məğlubiyyətdir. İtalyan daha əvvəl Avstraliya Açıq (2024, 2025) və ABŞ Açıq (2024) yarışlarının çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 İyun 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















