Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyalı tennisçi Karlos Alkaras mayın 18-də start götürəcək “Rolan Qarros”u buraxacaq.
22 yaşlı ulduz bunu sosial şəbəkə hesabında xəbər verib. O, həmçinin mayın 6-17-si aralığında Romada keçiriləcək “Masters” seriyalı turnirə də qatıla bilməyəcək.
Alkaras apreldə Barselonada keçirilən turnirdə biləyindən zədə alıb:
“Bugünkü müayiənin nəticələri bilinəndən sonra qərar verdik ki, ehtiyatlı olmaq, Roma və “Rolan Qarros” turnirlərində iştirak etməmək ən yaxşı yoldu. Hələ bərpa prosesini dəyərləndiririk ki, korta dönə biləcəyim vaxtı müəyyənləşdirək. Mənin üçün çətin dönəmdi, ancaq bu vəziyyətdən daha güclü çıxacağıma əminəm”.
Alkaras həm Roma turnirinin, həm də “Rolan Qarros”un son qalibidi. O, ötən il Fransa Açıq Çempionatının finalında Yannik Sinneri məğlub etmişdi.
Bu mövzuda digər xəbərlər:Karlos Alkaras Yannik Sinnerlə gərgin matçda “Rolan Qarros” titulunu qoruyub
09 İyun 2025 14:04
Sinner Alkarasdan “Rolan Qarros”dakı məğlubiyyətin
22 İyul 2025 00:06
Aleksandr Zverevdən “Rolan Qarros”da tarixi titul
08 İyun 2026 00:22
Alkaras Sinneri məğlub edərək ardıcıl ikinci dəfə Roland Qarros u qazandı
08 İyun 2025 23:50
“Rolan Qarros”da qadınlar arasında finalçılar məlum olub
04 İyun 2026 22:51
Baxış sayı:108
Bu xəbər 03 May 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















