Icma.az
close
up
RU
Alkaras Sinnerin müqavimətini 5 saat 29 dəqiqəyə qırdı!

Alkaras Sinnerin müqavimətini 5 saat 29 dəqiqəyə qırdı!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlin 2-ci “Böyük dəbilqə” turniri başa çatdı.

Fransa Açıq Çempionatında qadınların turnirində finalçıların müəyyənləşdiyini xəbər vermişdik. İyunun 7-də həlledici oyun keçirildi. Reytinqin ilk iki pilləsində qərarlaşan Arina Sobolenko ilə Kori Qauffin duelindən kimin qalib ayrılacağını demək çətin idi. İş ondadı ki, belaruslu və amerikalı xanımlar indiyə qədər 10 dəfə qarşılaşmışdı, bərabərlik var idi – 5:5. Bu dəfə Qauff ilk setdə məğlub olsa da, sonrakı iki setdə inamlı qələbə qazandı. 21 yaşlı amerikalı “Rolan Qarros”da ilk, “Böyük dəbilqə” turnirlərində 2-ci qələbəsini (US Open-2023-də də qalib olub) qazandı.
Kişilərin turnirində yarımfinallardan biri daha böyük maraq doğururdu. Yannik Sinner Novak Cokoviçi məğlub etməklə karyerasında ilk dəfə “Rolan Qarros”da finala çıxdı. Serbiyalı ulduz isə hisslərini belə dilə gətirdi:

“Bəlkə də bu kortda karyeramdakı sonuncu oyunu keçirdim. Bu üzdən bir qədər emosional idim. Karyeramda “Rolan Qarros”dakı vida oyunudusa, atmosfer və tamaşaçı sevgisi baxımından möhtəşəm idi. Burdakı sonuncu oyunumun olduğunu dedim, amma karyeramdakı yox”.


Sinner tarixə həm də son 15 ildə Cokoviçi ardıcıl 4 oyunda məğlub edən ilk tennisçi kimi düşdü. Sonuncu dəfə bunu 2008-09-cu illərdə Jo-Vilfrid Sonqa bacarmışdı.
Sinner finalda ispan tennisinin yeni ulduzu Karlos Alkarasla qarşılaşdı. Alkaras 5 saat 29 dəqiqə davam edən mübarizə sonucunda dünya reytinqinin 1 nömrəsinin öhdəsindən gəldi - 4:6, 6:7 (4:7), 6:4, 7:6 (7:3), 7:6 (10:2). “Rolan Qarros”da indiyi qədər belə uzun sürən final olmamışdı. Ümumilikdə “Böyük dəbilqə” turnirlərinə gəlincə, yalnız 2012-ci ildə keçirilən Avstraliya Açıq Çempionatında Novak Cokoviçlə Rafael Nadal bundan da uzun müddət – 5 saat 53 dəqiqə mübarizə aparıb. Alkaras – Sinner dueli Daniil Medvedevlə Nadal arasında 2022-ci ildə “Australian Open”in finalında keçirilən görüşü (5 saat 24 dəqiqə) bu göstəricidə 2-ci pillədən sıxışdırdı. Daha bir maraqlı məqam: Sinner indiyə qədər 4 saatdan artıq davam edən 6 görüşün iştirakçısı olub və hamısında uduzub.
22 yaşlı Alkaras karyerasında 5-ci dəfə “Böyük dəbilqə”nin finalında oynadı və yenə qələbə qazandı. O, son iki “Rolan Qarros”la yanaşı, “US Open”in (2022) və “Uimbldon”un (2023, 2024) da qalibi olub. Alkaras artıq ATP səviyyəli 20 turnirdə qalib gəlib.
23 yaşlı Sinner isə karyerasında ilk dəfə “Böyük dəbilqə”nin finalında uduzdu. İtaliyalı ulduz indiyə qədər iki dəfə (2024, 2025) “Australian Open”, bir dəfə “US Open”i (2024) qazanıb.
Bir maraqlı statistikanı da xatırlatmağa dəyər. Son 8 “Böyük dəbilqə” turnirini yalnız üç tennisçi qazanıb. “Uimbldon-2023”dən bəri Alakarasın 4, Sinnerin 3 titulu var. Bu müddətdə bir də Cokoviç (US Open-2023) qələbəyə sevinib.
Kişilər
yarımfinal

Alkaras (İspaniya, 2) - Muzetti (İtaliya, 8) 4:6, 7:6 (7:3), 6:0, 2:0 imtina
Sinner (İtaliya, 1) - Cokoviç (Serbiya, 6) 6:4, 7:5, 7:6 (7:3)
final
Alkaras (İspaniya, 2) - Sinner (İtaliya, 1) 4:6, 6:7 (4:7), 6:4, 7:6 (7:3), 7:6 (10:2)
cütlərin yarışı
Qranolyers/Sebalyos (İspaniya/Argentina, 5) – Solsberi/Skupski (B.Britaniya) 6:0, 6:7 (5:7), 7:5
Qadınlar
final

Qauff (ABŞ, 2) - Sobolenko (Belarus, 1) 6:7 (5:7), 6:2, 6:4
cütlərin yarışı
Errani/Paolini (İtaliya, 2) - Danilina/Kruniç (Qazaxıstan/Serbiya) 6:4, 2:6, 6:1
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri