Alkaras və Sinnerin üstünlüyü şübhə altına alındı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransalı sabiq tennisçi Jo-Vilfrid Tsonqa Karlos Alkaras və Yannik Sinnerin dünya tennisindəki üstünlüyünə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 41 yaşlı sabiq idmançı “Univers Tennis” podkastında hazırkı liderləri əvvəlki nəslin ulduzları ilə müqayisə edib.
Tsonqa Alkarasın hərtərəfli tennisçi olduğunu vurğulasa da, onun Rocer Federer, Rafael Nadal və Novak Cokoviç kimi əfsanələrdən fiziki və psixoloji baxımdan üstün olub-olmadığının məlum olmadığını bildirib.
Fransalı sabiq tennisçi ispaniyalının daha güclü rəqiblərlə qarşılaşacağı təqdirdə hansı nəticələri göstərəcəyini görmək istədiyini açıqlayıb:
“Alkarasın “Rolan Qarros”u qazanmasını görmək istərdim. Amma üçüncü mərhələdə Xuan Martin del Potro, 1/8 finalda Endi Marrey, 1/4 finalda Novak Cokoviç, yarımfinalda Rocer Federer və finalda Rafael Nadalla qarşılaşmaq şərtilə. Bunu həqiqətən görmək maraqlı olardı. Hazırda isə Alkaras və Sinner bütün turnirlərdə üstünlük təşkil edirlər”.
Tsonqanın fikrincə, hazırkı tennisdə Alkaras və Sinnerin əvvəlki nəslin ulduzları qədər güclü rəqiblərlə mübarizə aparmasına ehtiyac yaranmır.
Qeyd edək ki, 2022-ci ildə karyerasını başa vuran Tsonqa peşəkar fəaliyyəti ərzində Cokoviç və Federeri altı, Nadali dörd, Marreyi üç, del Potronu isə iki dəfə məğlub edib. Fransalı tennisçi Alkaras və Sinnerlə heç vaxt qarşılaşmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Oktyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















