Alkoqol asılılığının ilk ƏLAMƏTLƏRİ
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Alkoqol asılılığının erkən mərhələlərində xarici dəyişikliklər ya çox zəif olur, ya da ümumiyyətlə müşahidə edilmir".
Bunu Doktor İsayev Klinikasının direktoru, narkoloq Ruslan İsayev bildirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, erkən əlamətlər arasında səhərlər üzün müntəzəm şişməsi, üzdə qızartı və genişlənmiş damarlar, göz qapaqlarının şişməsi, həmçinin dərinin vəziyyətinin pisləşməsi yer alır.
Xəstəlik irəlilədikcə əl titrəməsi, yerişin qeyri-sabitləşməsi, koordinasiya pozğunluğu, əzələ kütləsinin azalması və daimi yorğunluq kimi əlamətlər də meydana çıxa bilər.
Narkoloq qeyd edib ki, bu dəyişikliklər alkoqolun təkcə qan damarları və dəriyə deyil, həm də sinir sistemi və maddələr mübadiləsinə mənfi təsiri ilə bağlıdır.
İsayev əlavə edib ki, uzun müddət və həddindən artıq spirtli içki qəbul edən şəxslərdə qaraciyərin zədələnməsini göstərən ciddi əlamətlər də yaranır.
Bunlara dəri və göz ağının saralması, damar ulduzcuqları, ovucların qızarması, qarında maye toplanması (assit), eləcə də nəzərəçarpacaq dərəcədə çəki itkisi daxildir. Onun sözlərinə görə, bu əlamətlər daxili orqanların ciddi zədələndiyini göstərir və təcili tibbi müdaxilə tələb edir.
Həkim vurğulayıb ki, təkcə xarici əlamətlərə əsasən alkoqol asılılığı diaqnozu qoymaq olmaz. Çünki sadalanan simptomların bir çoxu digər xəstəliklər və sağlamlıq problemləri zamanı da müşahidə oluna bilər.
Mütəxəssis həmçinin xatırladıb ki, spirtli içkilər orqanizmdə qaraciyərə zərər verən zəhərli maddələrin yaranmasına səbəb olur və müntəzəm alkoqol qəbulu qaraciyərdə yağ yığılmasını sürətləndirir.
Aişə Abdulova
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 İyul 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















