Allahşükür Paşazadə bayram namazının vaxtını açıqladı
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.
"Unikal" xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.
Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.
Allahşükür Paşazadə qeyd edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Baxış sayı:118
Bu xəbər 04 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















