Icma.az
close
up
RU
Allahşükür Paşazadə haqda qəribə iddia yayıldı Hacı Qalibdən reaksiya

Allahşükür Paşazadə haqda qəribə iddia yayıldı Hacı Qalibdən reaksiya

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində yas mərasimləri zamanı ehsan verilməsi ənənəsi ləğv edilir. Lakin bu proses paytaxt Bakıda müşahidə edilmir. İllərdir iddia olunur ki, paytaxt və bölgələrdə ehsan süfrələrinin tamamilə yığışdırılması mümkün deyil, çünki bu fəaliyyət artıq bir növ sənayeyə çevrilib. Bildirilir ki, bu sahədən ciddi maliyyə gəlirləri əldə olunur və prosesi nüfuzlu şəxslər nəzarətdə saxlayır. İddialara görə, həmin şəxslərdən biri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Bilgəh ağsaqqalı, sabiq deputat və Allahşükür Paşazadənin qudası Qalib Salahzadə (Hacı Qalib) bu iddiaların həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, yas mərasimlərində ehsan verilib-verilməməsi insanların öz istəyi ilə olmalıdır:

“Ata-anamızın, dünyasını dəyişmiş əzizlərimizin yas mərasimində ehsan verilməsinin nəyi pisdir ki? Elə insanlar var ki, ehsan verməklə təsəlli tapır. Bu, vətəndaşların şəxsi işidir. Əlbəttə, mən də təmtəraqlı ehsanların tərəfdarı deyiləm, istəmirəm ki, camaat əlavə xərcə düşsün. Amma ehsanın tamamilə ləğvini də düzgün hesab etmirəm”.

Qalib Salahzadə

Hacı Qalib əlavə edib ki, insanların şəxsi qərarlarına müdaxilə edilməsi doğru yanaşma deyil:

“Ehsanı qadağan etmək insanın öz işinə qarışmaq deməkdir. Bu, bizim əsrlərdir formalaşmış adətimizdir. Axı biz kiməsə deyə bilmərik ki, dünyasını dəyişmiş yaxınların üçün ehsan ver, ya vermə. Siyasəti elə aparmalıyıq ki, insanlar əlavə xərcə düşməsin. Amma onların fikrinə də hörmətlə yanaşmaq gərəkdir. Çünki bəziləri üçün ehsan vermək bir ehtiyacdır. Bu baxımdan proses könüllü şəkildə tənzimlənməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri