Allahşükür Paşazadə Qlobal Forumda iştirak edəcək
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, o, Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək.
Dekabrın 14-də keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu "Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası" mövzusuna həsr olunacaq.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edəcək Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.
Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















