Allahşükür Paşazadə TDT nin dini rəhbərlərinin iclasında iştirak edəcək
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da Qırğızıstana səfərə yola düşür.
525.az-a bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, A.Paşazadə sentyabrın 11-də Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının (TDT MDRİŞ) növbəti toplantısında iştirak və çıxış edəcək.
Xatırladaq ki, TDT MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, Birgə Bəyanat qəbul olunub. İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda "İslamda ümmətin vəhdəti" adlı sənədin qəbulu nəzərdə tutulub. Görüş iştirakçılarının Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbulu və geniş mədəni proqram planlaşdırılır.
Qeyd edək ki, TDT-nin Müsəlman Dini İdarə rəhbərləri Şurasının Bişkekdən sonra növbəti iclası Azərbaycanda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















