Icma.az
close
up
RU
Allahverdiyev AFFA dan və Sabah dan üzr istədi

Allahverdiyev AFFA dan və Sabah dan üzr istədi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Ötən mövsüm kubokun yarımfinalının ilk qarşılaşmasında “Neftçi” – “Sabah” oyununda VAR hakimi Rauf Allahverdiyevin səhvi nə qədər müzakirəyə səbəb olmuşdusa, onun son günlər verdiyi açıqlamalar rezonans doğurub.

Xatırladaq ki, Yuri Matiasın Coy-Lens Mikelsə qarşı cərimə meydançası daxilində kobud oyununu görməyən və ya görməzdən gələn gənc hakim "Sabah"ın əleylehinə qərar vermiş və buna görə cəzalandırılmışdı. İyulun ortalarında isə bəlli oldu ki, Allahverdiyev ümumiyyətlə hakimlikdən uzaqlaşdırılıb. İki aydır uzaqlaşdırılan hakim mətbuata ard-arda açıqlamalar verərək AFFA rəhbərliyinin ünvanına kəskin ifadələr səsləndirib, qurumun guya "Sabah"ın tapşırığı əsasında onu cəzalandırdığını deyib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Allahverdiyev bugünlərdə AFFA-ya gedərək üzrxahlıq edib və izahat yazıb.

O, izahatında belə deyib: "İlk olaraq bildirmək istəyirəm ki, mediada verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər və ifadələr həqiqəti əks etdirmir. Müsahibə vermək qərarını emosional vəziyyətdə qəbul etmişəm və bununla düzgün hərəkət etmədiyimin, səhv addım atdığımın fərqindəyəm. 

Həm həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olduğum, həm də AFFA-nın, "Sabah" klubunun və onların rəhbər şəxslərinin işgüzar nüfuzuna xələl gətirə biləcək ifadələr işlətdiyim üçün dərin təəssüf hissi keçirirəm. Bu hallar tamamilə emosional vəziyyətdə olmağımla əlaqədar baş vermişdir. Bu səbəbdən AFFA rəhbərliyindən, klubdan və bütün aidiyyəti şəxslərdən üzr istəməyə hazıram.
VAR hakimi kimi 2 aprel tarixində keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki "Neftçi" - "Sabah" oyununda penalti epizodu ilə bağlı ciddi səhvə yol verdiyimin də fərqindəyəm.

Qərarınız nə olursa olsun, rəhbərliyin razılığı olmadan müsahibə verdiyim, həqiqətə uyğun olmayan və AFFA-nın, "Sabah" klubunun, eləcə də rəhbər şəxslərinin nüfuzuna xələl gətirən ifadələr işlətdiyim üçün səmimi şəkildə üzr istəyirəm. Barəmdə çıxarılacaq qərarın necə olmasından asılı olmayaraq, mediada təkzib verəcəyimi də bəyan edirəm".  

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri