Icma.az
close
up
RU
Murad Allahverdiyev GÜLLƏLƏNDİ Foto

Murad Allahverdiyev GÜLLƏLƏNDİ Foto

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2020-ci il aprelin 16-da Xaçmazda güllələnmə hadisəsi olur. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanır. Məlum olur ki, hadisə zərərçəkmiş 1994-cü il təvəllüdlü Murad Allahverdiyevin yaşadığı evin qarşısında baş verib. “VAZ 21011” markalı avtomobilin sağ və sol ön qapılarında, darvazada və qaz borusunda güllə izləri, evin giriş qapısının qarşısında və dəhlizində qan ləkələri müəyyən edilib. Cinayəti törədən Fazil Quliyevə məxsus evin həyətindən 4 ədəd giliz və 5 ədəd patron qablaşdırılaraq götürülüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

1974-cü il təvəllüdlü Fazil Quliyev Xaçmaz rayon məhkəməsinin 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ilə 3 il azadlıqdan məhrum olunub. Bu cəza 2004-cü ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsində 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 2020-ci il aprelin 16-ı saat 20 radələrində Fazil Quliyev sərxoş halda arvadını döydüyü üçün qaynı Murad Allahverdiyev evinə gələrək, onunla mübahisə edib. Bundan hiddətlənən Quliyev qohumunu evindən qovub və bir neçə saatdan sonra onu öldürmək məqsədi ilə zirzəmidən ov tüfəngini götürərək, küçəyə çıxıb. Murad Allahverdiyevi idarə etdiyi “VAZ 21011” markalı avtomobilinin sükanı arxasında görüb onun istiqamətində 4 dəfə atəş açıb. Yaralanan Allahverdiyev maşından düşüb həyətə daxil olmaq istəyərkən onu görüb və daha 2 dəfə də atəş açıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və həyatı xilas olunub.

İş üzrə dindirilmiş Fazil Quliyev bildirib ki, 1997-ci ildə həmkəndlisi Azadə Quliyeva ilə ailə həyatı qurub. 2020-ci il aprelin 16-da yenə evdə spirtli içki içdiyindən yoldaşı narazılıq edib:

“Yaranmış mübahisə zamanı oğlum Bəybalanı vurub evdən qovdum. Bir müddətdən sonra övladım dayısı Muradla bir yerdə evə gəldi. Murad içəri daxil olan kimi, mənimlə mübahisə etməyə başladı. Uşağa niyə əl qaldırdığımı soruşanda, dedim ki, ailə işlərimə qarışmasın. Qaynımın üstümə gəlib, mənə ağıl verməsindən əsəbiləşdim. Murada bildirdim ki, bir də ailə işimə qarışsa, onu öldürəcəm. Qaynım çıxıb getdi. Bütün baş verənlər mənə çox pis təsir etdi. Saat 23 radələrində Muradın özünə məxsus “VAZ” markalı avtomobili ilə öz evlərinin qarşında dayandığını gördüm. Əsəbim soyumadığından zirzəmiyə düşüb mərhum atamdan qalan tüfəngi götürdüm. Patronların sayını dəqiq xatırlamıram. Darvazadan çölə çıxan kimi, odlu silahdan 6 dəfə atəş açdım. Birinci atəşdən sonra Murad maşından çıxdı.

Öldürmək məqsədi ilə dayanmadan onun istiqamətində atəş açdım. Növbəti gün şöbədə olanda bildim ki, Murad ayağından ağır xəsarət alaraq, xəstəxanada əməliyyat olunub”.

Zərərçəkmiş Murad Allahverdiyev ifadəsində göstərib ki, aprelin 16-da yeznəsi Fazil Quliyevin evinə gedərək, arvadını döydüyünü bilib:

“Bununla bağlı irad bildirəndə, sərxoş və əsəbi halda olan Fazil mənimlə mübahisə edərək, evini tərk etməyimi tələb etdi. Mənə dəfələrlə “bu gün sənin axırıncı günündür, səni öldürəcəyəm” deyə, qışqırırdı. Fazilin özündə olmadığını görüb mübahisə etmədən çıxıb getdim. 2 saatdan sonra yoldaşm və övladımla idarə etdiyim avtomobillə qayınatamgildən öz evimə gəlirdim. Arvadım qucağında uşaqla maşından çıxıb evə keçdi. Avtomobildən düşüb darvazanı açdım. Maşına oturan kimi, atəş səsi eşitdim.

Nə baş verdiyini anlamağa çalışarkən 2-ci güllə atıldı. Sol ayağımdan yaralandığımı hiss etdim. Birtəhər maşından düşüb, axsayaraq həyətə girmək istədim. Fazil tüfəngdən atəş açmaqda davam edirdi. Qorxumdan və hadisənin şokundan nə edəcəyimi bilmədim. Bacım Azadə kömək etməkdən ötrü qaça-qaça yanıma gəldi. Sonra o, digər bacım Aytənə zəng edib Fazilin tüfəngdən atəş açıb məni yaraladığını və təcili bizə gəlməsini bildirdi. Bir neçə dəqiqədən sonra bacım evimizə gəldi. Ayağımdan qan axırdı. Özüm Təcili Yardıma zəng edib hadisə barədə məlumat verdim. Fazil nizamsız şəkildə atəş açırdı, xoşbəxtlikdən güllələr yoldaşım və uşağa dəymədi”.

Məhkəmə iclasında Fazil Quliyev ittiham üzrə özünü qismən təqsirli bilib. O, qayını ilə barışdığını və əməlindən peşman olmasını qeyd edib. Zərərçəkmiş Murad Allahverdiyev məhkəməyə ərizə göndərərək, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Fazil Quliyevin əməli Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə düzgün tövsif olunub. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri