Icma.az
close
up
RU
Allergiya xəstələri üçün hansı fəsil daha təhlükəlidir?

Allergiya xəstələri üçün hansı fəsil daha təhlükəlidir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Adətən klassik allergiya mövsümü yaz və yay aylarında havanın xoşagəlməz simptomlara səbəb olan tozcuqlarla dolu olması ilə əlaqələndirilir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib.

T.Pənahova qeyd edib ki, payız allergiya xəstələri üçün də az təhlükəli deyil:

"Payız aylarında allergiyaya meyilli insanlar tozdan başqa, bitki tozcukları və kifdən də narahat ola bilərlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər, lakin payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Kif göbələkləri mikroskopik hissəciklərlə təmsil olunur ki, bu da allergiyanın klassik simptomlarına səbəb olur. Belə ki, kif göbələklər rütübətli hava şəraitində, xüsusilə anbarlarda və ya zirzəmilərdə sürətlə çoxalır. Burada işıq çatışmazlığı kifləməyə optimal şərait yaradır.

İnsan öz evində də kif göbələklərlə təmasdan sığortalanmayıb. Şüşələnmiş lojiyalar, hamam və zəif havalandırılan otaqlar – bütün bunlar təhlükəli kif göbələklərinin riskini xeyli artırır.

Kif göbələklərinin səbəb olduğu payız allergiyası adətən tənəffüs problemləri ilə özünü göstərir. Simptomatika fitverici tənəffüs, öskürək, boğulma və rinoreya ilə burun nəfəsinin pozulması kimi özünü göstərə bilər.

Ən pisi isə odur ki, insanda kif allergiyasının olması adətən astmanın kəskinləşməsinə səbəb ola bilər. Payız allergiyası çöl çiçəkləri və digər bitkilər - çiçəkləyən çınqıl, ambroziya, gicitkən, bağayarpağı da səbəb ola bilər. Allergiya xəstələri üçün ən təhlükəli ambroziya hesab olunur.

Bundan əlavə, bəzi qidalar da payız aylarında daha çox allergiya səbəb ola bilər. Bunlar sitrus meyvələri (naringi, limon, portağal, qreyfrut), feyxoa, kivi, ananas, qırmızı alma, üzümdür. Tərəvəzlərdən isə pomidor və bibəri qeyd edə bilərik.

Bu qidalar yüksək allergen məhsullar hesab olunur. Mövsümdən asılı olmayaraq, qida allergiyasını inək südü, toyuq yumurtası, balıq və dəniz məhsulları, qoz, fındıq, badam, püstə, keşyu və digər çərəzlər, bal, göbələk, şokolad, buğda, soya, yerkökü, banan, turşu və ya konservləşdirilmiş məhsullar yarada bilər. Qida məhsullarına səbəb olan payız allergiyası adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir".

"Allergiya orqanizmin xarici və daxili qıcıqlayıcı amillərə qarşı cavab reaksiyasıdır. Allergiyalı xəstələr stresə daha çox həssasdırlar. Stres immunitet sistemini aktivləşdirə və ya aşağı sala bilər. Eyni zamanda, allergiyanın səbəbləri hələ də tibb elmi tərəfindən tam öyrənilməyib. İmmunitetin zəifləməsi mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar ola bilər. Ona görə də son vaxtlar “sinir allergiyası” diaqnozu qoyulur. Allergiyanın intensivliyi insanın emosional və psixi sabitliyindən asılıdır", - nazirlik rəsmisi qeyd edib./Redaktor.az 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri