Alliqator Alkatrası : Floridada miqrantlar üçün qorxunc həbsxana tikilir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-də qeyri-qanuni miqrantlar üçün timsahlar və pitonlarla əhatələnmiş xüsusi təcridxananın inşasına başlanılıb.
Oxu.Az xəbər verir ki, müəssisə Florida ştatının baş prokuroru Ceyms Utmeyerin təklifi ilə tikilir.
Yeni təcridxana "Alliqator Alkatrası" adlandırılır və Florida ştatının məşhur bataqlıq ərazisi - Everqleydsdə yerləşir. Hazırda bu bölgə timsahlar və pitonlarla doludur.
Baş prokurorun sözlərinə görə, belə bir obyektin tikintisi həm təhlükəsizlik baxımından səmərəli, həm də maliyyə baxımından qənaətlidir:
"Perimetrin qorunması üçün böyük vəsait tələb olunmur. Kim qaçmağa cəhd etsə, qarşısına yalnız timsahlar və pitonlar çıxacaq. Nə qaçmağa yer var, nə də gizlənməyə..."
Hazırda bu ideya ABŞ ictimaiyyəti və hüquq müdafiəçiləri tərəfindən ciddi müzakirə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















