Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Moskvadan öncə Floridada

Moskvadan öncə Floridada

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Rubio Umarovla, Vitkoff Putinlə...

Ukrayna-Rusiya müharibəsinin dayandırılması ilə bağlı danışıqlar prosesində növbəti raund baş tutub. Belə ki, noyabrın 30-da Floridada Amerika və Ukrayna nümayəndə heyətləri arasında sülh şərtləri ilə bağlı danışıqlar keçirilib. Xarici mətbuatın yazdığına görə, geniş formatda bir saatlıq danışıqlardan sonra danışıqlar daha kiçik formatda davam edib: ABŞ-ı xüsusi elçi Stiv Vitkoff, Dövlət katibi Marko Rubio və Cared Kuşner, Ukraynanı isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.

Konstruktiv ab-hava...

Qeyd edək ki, danışıqlardan sonra çıxış edən ABŞ Dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırsa da, sülhə nail olmaq üçün daha çox iş görülməli olduğunu bildirib. O deyib ki, Rusiya mübahisəli məsələlərin həllində “tənliyin bir hissəsi” olmalıdır. Dövlət katibi jurnalistlərə bildirib ki, Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüşdə təkcə müharibənin bitməsi deyil, həm də uzunmüddətli təhlükəsizlik məsələləri müzakirə olunub. “Biz Ukraynaya daimi təhlükəsizliyə nail olmağa kömək etmək istəyirik. Eyni dərəcədə vacib olan isə orada yeni bir əsl rifah dövrünün başlamasını görmək istəyirik”, - deyə o bildirib.

Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da danışıqları məhsuldar və uğurlu adlandırıb. O, jurnalistlərə açıqlamasında deyib ki, məqsədimiz çiçəklənən, güclü Ukraynadır: “Biz Ukrayna üçün vacib olan bütün məsələləri müzakirə etdik. ABŞ çox güclü dəstək verdi”. Umerov da Floridadakı görüşün Ukrayna və ABŞ arasında Cenevrədə keçirilən danışıqlara əsaslandığını bildirib. O, ABŞ ilə mövqelərin yaxınlaşması barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verdiyini söyləyib. Umerov Telegram kanalında yazıb: “Ləyaqətli sülhün təşviqi və mövqelərimizin Amerika tərəfi ilə uyğunlaşdırılmasında əhəmiyyətli irəliləyişlər var. Kiyevin təhlükəsizlik, suverenlik və davamlı sülh kimi əsas məqsədləri dəyişməz olaraq qalır və Amerika tərəfindən bölüşülür”.

Son mətn razılaşdırılmayıb...

CNN isə görüşü “sərt, lakin çox konstruktiv” adlandırıb. Kanalın mənbəyinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsinin həllinin “ən həssas məsələlərini” müzakirə ediblər. “The Wall Street Journal” qəzeti danışıqların mövzularına ərazi məsələləri və Ukraynada seçkilərin keçirilməsinin daxil olduğunu bildirib. Qeyd edilib ki, danışıqlar təxminən 4-5 saat davam edib. Əsas mövzu gələcək sülh müqaviləsi çərçivəsində ərazi nəzarəti xətti olub. ABŞ Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılmasını tələb etmək barədə Rusiyanın mövqeyini Kiyevə çatdırıb. Amma Ukrayna ərazi danışıqlarının yalnız hazırkı cəbhə xəttindən mümkün olduğunu israr edir. Bildirilir ki, sazişin son mətni razılaşdırılmayıb, lakin tərəflər “irəli addım” atıblar. İddialara görə, Ukraynanın NATO-ya gedən yolunun açılması ehtimalı aşağıdır. Təhlükəsizlik zəmanətləri məsələsi isə tərəflərin fərqli baxışlarının mövzusu olaraq qalır. Qeyd edək ki, bundan əvvəl tərəflər Cenevrədə yenidən işlənmiş çərçivə sənədi hazırlayaraq onu 28 bənddən 19 bəndə qədər qısaltmışdılar.

Tramp üçün maneə: korrupsiya...

Qeyd edək ki, Floridada keçirilən danışıqlardan sonra növbəti raundun tarixi və yeri hələ müəyyən edilməyib, lakin Ukrayna ilə ABŞ arasında işgüzar əlaqələr davam edir. Ukrayna tərəfi, həmçinin prezidentlər Vladimir Zelenski və Donald Tramp arasında sülh müqaviləsi prosesində ən yüksək səviyyədə gələcək siyasi addımları müəyyən etmək üçün şəxsi görüşün zəruriliyində israr edir. Danışıqlardan sonra Tramp sülh müqaviləsi bağlamaq üçün “yaxşı şans” olduğunu bildirib. Lakin Kiyevin “mürəkkəb kiçik problemləri” var - məsələn, onun sözlərinə görə, müharibənin bitməsinə mane olan korrupsiya qalmaqalı.

ABŞ-Ukrayna danışıqlarından sonra Prezident Zelenski özünün Telegram kanalında yazıb ki, “konstruktiv danışıqlar gedir”. O, üzbəüz görüş zamanı Ukrayna komandasından tam hesabat gözləyir.

Razılaşma əldə olunmayana qədər görüş baş tutmayacaq...

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının gedişatını şərh edərkən bildirmişdi ki, Rusiyanın əsas güzəşti düşmənçilikləri dayandırması və daha da irəliləməkdən imtina etməsidir. O qeyd etmişdi ki, Rusiya ordusu son aylarda sürətlə irəliləyir və “daha çox Ukrayna ərazisini ələ keçirə bilər” və buna görə də sülhün əldə edilməsi lazımdır. “Onlar artıq güzəştə gedirlər. Ən böyük güzəştləri hərbi əməliyyatları dayandırmaq və daha çox torpaq ələ keçirməməkdir... Ukrayna daha kiçikdir. Onlar çoxlu insan itiriblər. Rusiya çoxlu insan itirib, amma daha çox insan resurslarına malikdir”, - deyə Tramp vurğulayıb.

Tramp Zelenski ilə görüşünün şərtini də irəli sürmüşdü - bildirmişdi ki, sülh planının bütün parametrləri üzrə tam razılaşma əldə olunana qədər bu görüşün mənası yoxdur. ABŞ prezidenti sülh planını “konsepsiya” adlandırmışdı. Kiyev isə Zelenskinin Trampı şəxsi söhbətdə bir neçə bənddən imtina etməyə inandıra biləcəyinə ümid edir. Kiyev hələ də Avropa İttifaqının məsələyə aktiv müdaxiləsinə ümid edir. Təsadüfi deyildi ki, Prezident Zelenski xalqa müraciətində “biz müttəfiqlərimizə inanırıq” deyə bildirmişdi. Bu isə onu göstərir ki, Kiyev tam güzəştə getməmək üçün Qərbdən kömək gözləyir.

Vitkoff yenidən Moskvada...

Bu arada, ABŞ Moskva ilə sıx əlaqəni davam etdirir. ABŞ-Ukrayna danışıqlarında iştirak edən Trampın xüsusi elçisi Stiv Vitkoff dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib. AFP-nin mənbəyə istinadən verdiyi məlumata görə, Vitkov və Putin arasında danışıqlar dekabrın 2-də baş tuta bilər. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, danışıqların 4-5 dekabr tarixlərindən əvvəl baş tutması gözlənilir. Vitkofun Rusiyada bir sıra nümayəndələrlə, o cümlədən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşü planlaşdırılır. Qeyd edək ki, ötən həftə ABŞ və Rusiya nümayəndə heyətləri Əbu-Dabidə görüşüblər.

NATO üzvlüyü məsələsi...

Ukraynanın bəzi mətbu orqanları isə yazır ki, nümayəndə heyətləri ABŞ-ın münaqişələrin həlli ilə bağlı planının heç bir əsas məqamı barədə razılığa gələ bilməyiblər. Məlumata görə, Ukrayna nümayəndə heyətinin üzvləri, digər məsələlərlə yanaşı, konstitusiya məhdudiyyətlərini əsas gətirərək Donetskdən qoşunları çıxarmaqdan imtina ediblər. Kiyev hazırkı təmas xətti boyunca atəşkəsdə israrlıdır - onlar yalnız bundan sonra Ukrayna ərazi məsələlərini müzakirə etməyə hazırdır. Bundan əlavə, Ukrayna nümayəndə heyəti planın NATO üzvü olmaq müraciətinin geri götürülməsini və bu istəkdən imtinanı özündə ehtiva edən bəndlə razılaşmayıb. Media iddia edir ki, bu məsələdə ölkə nümayəndələri yenidən alyansa qoşulmaq siyasətini təsbit edən konstitusiyaya istinad ediblər.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri