Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Alma mater Yadigarı və yaxud Həmkarlıqda ziqiymət Yadigar

Alma mater Yadigarı və yaxud Həmkarlıqda ziqiymət Yadigar

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Hər dəfə ad günü olanda toparlana, bəhanə tapa bilmirdim illər uzunu ürəyimdə yığılıb qalan xoş sözləri kəmali-ədəblə, ədəbli-qeyrətli idimdə, abır-həyalı, bakirə statusda bu gözəl İnsana ərməğan etməyə! Hədiyyə demirəm, hədiyyəni O-na Tanrı verib: ad günündə nəvəsi dünyaya gəlib.

Təcrübədən və bilgilərimdən çıxış edərək deyirəm, bütün fakültələrdə belə presedent var (sadəcə, biz o adamları tanımırıq, ya da tanıdığımız o adamların həyat icmalına, mənsub olduğu orbitə bələd deyilik), adam sanki jurnalistika fakültəsinə qəbul olunub eramızdan əvvəl, hələ də oxuyur!

Bütün qruplarda adamın birbaşa “qrup yoldaşı” statusunda “tələbə yoldaşı” bazası var: ya özü hamını tanıyır, ya da hamı onu tanıyır və bir-birlərindən elə danışırlar, elə bil, hər işi birgə görü(b)rlər!

Onlardan biridir birincisi olmasa da… mənim alma-mater yadigarım – Yadigar Məmmədli. Üstəlik də, təkcə alma-materimiz S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin yadigarı olmaqdan əlavə, həm də ziqiymət həmkarımdır.

Bu amillər də mükəllif edir ki, başdan başlayaq.

Mənim üçün jurnalistika… illərlə sinifdə qalan atamla, cəmi dörd il məktəbə gedən anamla sinif yoldaşı, həm də qonşumuz, abırlı-həyalı bir ailənin ilki-əzizi, kəndimin Mayakı, Peşəmin Mömin İmzası, həyatda, sənətdə və yaradıcılıqda İlklərə İmza atan Nur Payı hacı Mehman Fərzullayevlə, jurnalistikaya giriş… pərqu insan, gözəl pedaqoq, mükəmməl tərcüməçi, qəzetçi, televizyonçu, Tanrının Nur Payı, elmlər doktoru, professor Tofiq Rüstəmovla, Mətbuat… insanlıq, peşə, sənət və vəzifə əxlaqının etalon təmsilçisi, əndazəsiz informasiya bankı, İlahi Sözün sahibinə hədsiz mərhəmət generatoru, dişsiz, ölü, saxta, yaltaq cızmaqara yiyəsinin özünə və imzasına qarşı ən qəddar, Tanrının Nur Payı Şakir Yaqubovla başlayır və… bitir!

Orbitdən o üzdə və bu üzdə olanlar mənim üçün o halda var olur ki… onlar mənim İlahi Üçlüyümə beyət etmiş olsunlar!

Bu Müqəddəs Üçlükdən nə o yanda, nə bu yanda mənim üçün jurnalistika və mətbuat yoxdur! Səbəbi də çox sadədir: Jurnalistika yox, SM.Kirov adına ADU-nun kitabxanaçılıq (ondan da əvvəl Maliyyə-Kredit Texnikumunun iqtisadiyyat ixtisasında oxumuş) fakültəsini bitirmiş Şakir Yaqubov deyirdi ki, Azərbaycanda jurnalistlərin TAM ƏKSƏRİYYƏTİ ya adını, ya soyadını, ya da vəzifəsini doğru yaza bilmir! Təsdiqini də “Azərbaycan” qəzetinin baş redaktorunun timsalında illər öncə, Şakir Yaqubovun vəfatından az sonra paylaşmışam: şəkli çəkib fb-də vermişəm!

DEMƏYİM O Kİ… Məhəmməd peyğəmbərsayağı, məni tanıyan Əlini tanısın!

Bu prinsiplə yanaşmağımdandır ki, Azərbaycan mətbuat pleyadasının bəlli ustad və mogikan korpusunu qəbul etmiş, onlar var olan yerdə səsimi belə çıxarmamışam yox e, nəfəs almamışam: Əfqan Əsgərovdan Mehman Cavadoğluna, Rəfael Nağıyevdən Nəcəf Nəcəfova, Məzahir Süleymanzadədən Xaliq Bahadıra, İlham Rəhimlidən Aqil Abbasa, İlqar Həsənovdan İlham İsmayıla, Cəfərsadıq Abbasovdan Ümid Mirzəyevə, Arif Əliyevdən Fəxri Uğurluya, Mehman Əliyevdən Azər Mürsəliyevə, Adil Qaçayoğludan Müsəllim Həsənova, Elçin Mehrəliyevdən Elşən Əliyevə, Qənimət Zahiddən Şahvələd Çobanoğluna qədər dəyərli olan hər bir imzanı əziz bilmişəm!

Elə məhz bu prinsiplə də Bəxtiyar Sadıqovdan Əflatun Amaşova, Eynulla Fətullayevdən Əvəz Zeynallıya, Rauf Abbasovdan Aynur Camala qədər bütün imzaların mətbuatda yerini, nədənini bilmişəm.

Hə-ə, fikir budur: hər imzanın mətbuatda yeri və nədəni var! Mən YERİ OLANLARI əziz bilirəm!

Bu dəfə mən nə yeri olandan, nə də nədəni olandan danışacam! Mən mətbuatda və jurnalistikada hamımızla, hamıyla bir yerdə olan İDDİASIZ, TƏMƏNNASIZ, QƏLƏMİNİN ÇÖRƏYİYLƏ özünü və ailəsini, həm də imzasını yaşadan Yadigar Məmmədlidən yazacam.

Mətbuatda erkən yaşlarımdan tanıdığım jurnalistdir! Fəqət… doğmalıq imzalarımıza görədir: heç vaxt işbirliyində olammadıq!

Mətbuatda əlli yüz dəfə üz-üzə gəlmişik, amma heç bir halda çiyin-çiyinə durmağa şansımız olmadı!

Mətbuatda, həyatda, sənətdə dəfən-dəfən eyni meydançaya eniş etdik, amma heç bir dəfəsində bir laynerdə yüksəlmədik!

Və görün, biz necə tanış olduq?

“Azadlıq” qəzetinin bölgə müxbiri kimi, Masallıdan yazı yazmışdım: “Cidanı çuvalda gizlətmək olmaz!”

Ba-hooo!

Sən demə, mən fərqinə varmadan, Masallı cəbhəsində olan ikitirəliyi dəpdəqiq ifadə etmiş, qruplaşmaları tam şəkildə əməlləri ilə təqdim etmiş və bir çox planları pozmuş olmuşam! Və indi… üstündən illər keçəndən sonra məlum olduğu kimi, onda heç kim, sonradan uzun illər deputat, lap sonra da hansısa rayonda başçı olmuş birinin peşmərgələri olan cəbhəçilər onda icra başçısının birinci müavini olanın peşmərgələrini qarabaqara izləyirmiş: adamlar düşüb dalıma, kiminlə görüşdüm, hara getdim, harda oturdum, harda nə yedim, harda… nə dedim, hamısını fiksasiya ediblər! Və yazı çıxandan sonra… özlərini bərbad görənlər cumurlar “Azadlıq”a, “Cümhuriyyət” qəzetinə! Ki, bəs Aydın Canıyev 28 min manatlıq qonaqlığa, yeyib-içməyə görə… elə yazıb! Halbuki, mən iş prinsipimə uyğun olaraq, yazı çıxan gün hadisə yerində oluram: a balam, etirazın-zadın varmı? Faktın hansı dəqiq deyil? Bütün suallara, iradlara, dəpdəqiq də sübutla-faktla cavab vermişəm! Özləri də etiraf ediblər ki, düz yazmısan! Mənə də demirlər ki, torbanı tikmişik, böhtan dolu məktub redaksiyalarda tufan qoparır. Tərslikdən mənə müxbiri olduğum qəzetdə də demirlər ki, belə bir şey var!

Bir də gördüm tanışlar deyir ki, Gülməmməd Məmmədzadə və Yadigar Məmmədli səni axtarır! Özü də təhdidlə ha!

Axtardım, əlaqə saxladım, həmin bu Yadigar bəy dedi ki, bəs hal-qəziyyə belə. Dedim ki, ver yazını, cavab yazacam. Nə yazacaqsan?

Yadigar bəyin nəzərinə çatdırdım ki, a bəy, a kişi, mən adamlarla görüşüb, işimi bitirəndən, müşayiətçilərlə sağollaşmaq istəyəndə bir neçə ay əvvəl bir yerdə işlədiyim, hazırda “Azərbaycan” qəzetinin bölgə müxbiri olan Ağacəfər Həsənli ilə rastlaşdım, o da Cəlilabadın maarif müdirinin “Niva”sında gəlirdi, məni də bölgə müxbiri olmağım münasibəti ilə təbrik etdi və götürdü apardı həmin restoranda nahara!

Mənim nəyimə lazım “azad mətbuatın banisi” sayılan “komsomol Nəcəf”in redaksiyadaxili qaydası? Mən Masallıdan durub qayıtmalıydım Lənkərana, nahar edib təzədən gəlməliydim Masallıya? Onsuz da redaksiya mənə ezamiyyət xərci verməyib, lap Ağacəfər Həsənliyə rast gəlməsəydim də, mən məcburən ac qalası deyildim, onsuz da Lənkərana qayıdırdım, evdən çıxanda turp-keşniş satan anamdan yol pulu almışdım gedib-gəlməyə. İndi bütün zamanlarda həmkarlarına həmişə qonaqlıq verən sədr oğlu Ağacəfər Həsənli qonaq etdi! Nooossun? Ver yazını, cavab yazacam!

Yadigar Məmmədli yazını vermədi, rəhmətlik Gülməmməd Məmmədzadə qoluma girib məni apardı bulvara! Ki… sakitləş! Belə şeylər çox olacaq!

Həmin masallılı dəstə sonra “Azadlıq”a topa ilə gəlibmiş Qənimət Zahidin nəzərinə çatdırmağa ki, bəs pul almışam! Yaxşı ki, indi mühacirətdə olan Sarvan Səmədoğlu Rizvanov bunları aparıb yeməyə, başa salıb ki, adam bu qədər qəhbə olmaz!

Və mən 35 ildir Masallıda JURNALİST KİMİ heç vaxt heç kimlə süfrəyə oturmuram!

İstisna dostlarım olan iki-üç nəfərdir: Mirqabil müəllim, Zahir Amanov və Bəhruz Əfruzoğlu dəvət edirlərsə, “yox” demirəm – o da nadir hallarda olub e 35 ildə, 3-5 dəfə bəlkə!

Yadigar Məmmədli belə baxanda “ayıbımı örtüb”, ancaq təəssüf etdim ki, yazını vermədi!

Hər halda dostlaşmasaq da, düşmən də olmadıq Masallı cəbhəçilərinin sayəsində.

Az sonra hakimiyyət dəyişdi!

Az sonra Yadigar Məmmədli Çeşmə”çilərlə birgə tutuldu!

Az sonra Yadigar Məmmədli bütün müxalif və azad söz qəzet, təşkilat, qht, konfrans, simpozium, mitinq, piket layihələrində parlaq imzalardan oldu!

“Az sonra” dövriliyi ilə bir də gördüm ki… Yadigar Məmmədli ANS-də Əflatun Amaşovu təmsil edir mənim davaya çıxdığım verilişdə! İstedadlı jurnalist Əfsələddin Ağalarovun İmza Brendi olan yazısından iqtibas edib desəm, “saqqal borcu”nu qaytarmağın vaxtıydı: Əflatun Amaşov sərgilədiyi sorunlara görə hesabat verməyə Yadigar Məmmədlini göndərmişdi! Ki… “mənə gələn mənə gəlsin, amma mənə deyiləsi sənə deyilsin” priyomu işlətmişdi! Dedim axı əvvəldə, Yadigar Məmmədli hamı ilə, hamıyla işləyəndir! İndi yazıq durub Əflatun Amaşovla işləyir, elə bilir kef çəkəcək, day bilmir ki, Əflatun Amaşov, “Mimino”da deyildiyi kimi, hər gün kosmonavt görüb, İştoyan görüb, akademik görüb, Həsən Həsənov görüb, Yadigarı “rasxod”a vermək onun üçün xəbər başlığı qoymaq deyil ki, bacarmasın! Özü ona görə gəlməyib ki, bilir Nazim Quliyev var-yox söyüşü söyəcək – o ayrı söhbətdir ki, Nazim Quliyevi ANS-in efirinə kim çıxarmışdı! Nə Əflatun Amaşov, nə də Yadigar Məmmədli bilirdi ki, mən də efirdə olacam!

Nazim Quliyev “aksessuarlarını” itiləyib, dəstəni aparıb ANS-ə – onda İlham Əliyevin, Kəmaləddiin Heydərovun, Ziya Məmmədovun üstünə kompromat savaşı açan, hətta ailə üzvlərinin keçmişi ilə şantaj edən “Azadlıq” qəzeti… Lənkəranın icra başçısı Ssüleyman Mikayılovdan yazdığım yazını vermədiyi üçün getmişdim “İdeal” qəzetinə “fiktivni” baş redaktor. İki aylığa. O ərəfəydi! Və… veriliş başlayandan bilirdim ki, “ideal”çılar əməlli-başlı məğlətə salacaqlar! Nazim Quliyev qan-qan deyirdi, o birilər də həmçinin. Birtəhər-bircür özünün dostu olmasa da, iş yoldaşı Əflatun Amaşova görə güllə qabağına atan Yadigar bəyi linç etməyə imkan vermədim, ən kəskin şəkildə çıxışa başlayıb fikrimi çatdırdım, sağ olsun Sevil Nuriyeva, çıxışımı kəsmədi və Əflatun Amaşovun dediyi “reket bandası” ifadəsi təsdiq… lənmədi!

Həmin fikrimi yazıram: “Yadigar bəy, mən belə görürəm siz Əflatun Amaşovu çox gözəl əvəzləyirsiniz, arzu edirəm bundan sonra da ONUN OLMALI, MÜKƏLLIƏF OLDUĞU BÜTÜN İŞLƏRDƏ belə uğurla əvəz edəsiniz!”

Hamıya gec çatsa da dediyim, Yadigar bəyə həmən çatdı, onun üzündəki təəccüb ifadəsi hələ də gözümdən getmir və ən maraqlısı da odur ki, Nazim Quliyevi korafəmlikdə ittiham etsələr də, hətta o da tutdu fikrimi və qisas hissi soyudu!

Veriliş salamatçılıqla bitdi – bir Allah, bir Nazim Quliyev və dəstəsi, bir də mən bilirdim ANS-də o verilişdə nələr səslənəcəkdi!

Az sonra… Nazim Quliyev yenə tutuldu!

Az sonra Yadigar Məmmədli ilə yenə üz-üzə gəldik – bu dəfə ayrı platformadan.

Yadigar Məmmədli sabitqədəm biri olaraq, başını aşağı salıb işləyən, qələmiylə özünü, ailəsini, imzasını yaşadan tərbiyəli-abırlı bir məsum imza, mənsə “Konstitusiyası olmayan İmza” (ifadə Baş Nazirin müavini olmuş rəhmətlik Əsgər Məmmədova məxsusdur), “saqqallı uşaq” (ifadə hüquq elmləri doktoru, professor, müstəqil Azərbaycanın ilk ədliyyə naziri, Azərbaycan SSR-in baş prokuroru İlyas İsmayılova məxsusdur), “məscidə ayaqqabı ilə girən” (ifadə qrup yoldaşım Faiq Quliyevə məxsusdur), “ Moskvada içib məscidə namaza gələn” (ifadə qrup yoldaşım Gündüz Tahirliyə məxsusdur) “bespredel”, mürəkkəb bir adam!

Yadigar Məmmədlini – bir-birimizə əks qütbdə duran imzadaşımı niyə çox istəyirəm?

O da hamıyla və hər kəslə işləyir, mən də. O da öz qələminin hesabına yaşamaq istəyir, mən də!

O da Azərbaycanı mənim qədər istəyir, mən də!

O da Türk Dünyasının Birliyini istəyir, mən də!

Onun da azarkeşlik etməyə bir komandası var, mənim də: Azərbaycan!

Fəqət… o siyasətdə, həyatda, mətbuatda NƏDƏNİ olanların payına düşüb, mən YERİ olanların!

Bax, buna görə çox istəyirəm: heç vaxt üz-üzə gələndə “şkura”sını qorumaq üçün üzünü yana çevirmir, yolunu dəyişmir görəndə! Yeri gələndə hansısa narazı məmur bu üzəvari dostluğa işarə edərək kinayə ilə “sən Aydın Canıyevi tanıyırsan” deyəndə, tərəddüd etmədən “bəli, tanıyıram, nə olub ki?” deyə bilir, başqalarından və hətta mənim qrup yoldaşlarımdan, baş redaktoru olduqlarımdan fərqli olaraq!

Yadigar Məmmədli əxlaqlı imzadır – belə olmaq onun borcudur! Əxlaqsız jurnalistləri bizə iqtidar-müxalifət davasında soxuşdurdular!

Yadigar Məmmədli professional jurnalistdir – belə də olmalıdır!

Yadigar Məmmədli vicdanlı jurnalistdir – bax, bunu hər kəs bacarmır! Çünki bu dəqiqə elə bir dönəmdir ki, tamaşaçı da, oxucu da bir para jurnalisti oxuyanda, dinləyəndə deyir ki, belə oğraşlığı heç bir kopayoğlu etməzdi ki, sən edirsən!

Hə-ə, əzizlərim, gəldik çıxdıq Bəndər Abbasa. Daha doğrusu, ömrün qapıçı məhəlləsinə – Yadigar bəyin qapısında 65 rəqs edir!

Azərbaycanda doğulan İSTƏNİLƏN AZƏRBAYCANLI – şəkili, qaxlı, qazaxlı, hər kim, vətənin parçalanmasından, ayrılığından, həsrətdən danışsa, gərək fikir versin: Yadigar bəy burdadırmı?

Yadigar bəy AYRILIĞIN QAPISI MƏHƏLLƏSİNDƏ dünyaya gəlib! Doğulduğu yerin adı da elədir: QAPIÇIMƏHLƏ!

Sözün müstəqim mənasında bir addım o üzdə Azərbaycan torpağıdır… İran adında!

Bir addım o üzdə səslənən sözləri eşidə bilib öz soydaşından ayrı ölkənin vətəndaşı olaraq! Halbuki…

Hayıf Yadigar Məmmədlidən – mənimlə dostluq etmədi!

Ondan necə gözəl yazılar yazardım, ona necə gözəl yazılar yazdırardım – diktə etməzdim e, təhrik edərdim, provokasiyaya çəkərdim, qıcıqlandırardım, bəhsəbəhs yazardı!

Təəssüf ki, mən Yadigar Məmmədli ilə dost olmadığım üçün də bilmirəm o o məhəllədə yaşayanda, çəpərin o üzündə qalan qohumları haqqında nə düşünüb, nələr yaşayıb, şəcərəsi, soyu haracan gedib çıxır Tarixin və İranın!

Yadigar Məmmədli qht platformalarından yazdı, mən intriqa publisitikası ilə məşğul oldum!

Mətbuat üçün yazmalı, jurnalistika üçün işlənməli o qədər konseptual mövzular yatıb ki, Yadigar Məmmədlinin ata ocağının qapısında, yaşadığı məhəllədə!

Adamın doğulduğu yer də adıyla ömrünə təsir edir: QAPIÇIMƏHLƏ!

Yadigar Məmmədli həm də əqidə dostları üçün QAPIÇIdır – elə mənim kimi!

O da dostların qapısına vurulan zərbələri dəf etməklə məşğul oldu, mən də!

Halbuki… özümüz Şindan qalasını görmüş adamlarıq, Qala adam ola bilərdik, QAPIÇI olduq, QAPIÇI olaraq MƏHLƏ adamı olduq… DƏYMƏZ ADAMLARA!

Nə isə…

Əsas odur ki, başımızı aşağı salıb işləmədik, başımızı aşağı salıb işimizi gördük… alın açıqlığı, üzağlığı ilə!

Səni təbrik edirəm, alnıaçıq, üzüağ həmkarım – alma-materimizin ziqiymət Yadigarı! Adını adınla yaşat, Özünü Sözünlə!

Bu, səndə alınır! Sən bacarırsan!

Bir daha və yenidən təbriklər!

Sənin “az sonra” dönəmlərin həmişə uğurlu olsun, əziz…

Aydın Can

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see316

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see171

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see138

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see127

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri