Icma.az
close
up
RU
Alman bayrağının qaradan üstün rəngi… Əkbər Qoşalı yazır

Alman bayrağının qaradan üstün rəngi… Əkbər Qoşalı yazır

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diplomatiya təkcə dövlətlərarası razılaşmalar və iqtisadi anlaşmalardan ibarət deyil. Əslində, o, daha dərin bir fenomenin – mədəniyyətlərarası dialoqun və tarixi yaddaşın qarşılıqlı anlaşma əsasında yenidən qurulmasının vasitəsidir.

Azərbaycan və Almaniya arasındakı münasibətlərin son dönəmlərdə yeni bir dinamika qazanması da məhz bu baxımdan maraqlıdır. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə müzakirə edilən məsələlər 

- enerji təhlükəsizliyi,

- ticarət dövriyyəsinin artırılması, 

- COP29 çərçivəsində ekoloji işbirliyi və s. 

Bütün bunlar bir tərəfdən iqtisadi gerçəkliklərin ifadəsi olsa da, digər tərəfdən mədəniyyətin və tarixi təcrübələrin necə böyük rol oynadığını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə diqqət edək:

“Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir”. 

Azərbaycan və Almaniya - hər ikisi öz coğrafi bölgəsində önəmli tarixi keçidlər yaşamış ölkədir. Azərbaycan, tarixən böyük imperiyalar arasında, necə deyərlər, bir körpü rolunu oynadığı və özü də imperiyalar qurduğu, nəhahət Yaxın Doğuda ilk Cümhuriyyət qurduğu kimi, Almaniya da Avropanın siyasi və mədəni xəritəsini, qabaqcıllığını, demokratik quruluşunu müəyyənləşdirən ölkələrdən biri olub. Bu iki ölkə arasındakı diplomatik münasibətlər dərinləşdikcə, tarixi və mədəni kontekstlərin də əlaqələrə necə təsir etdiyini daha yaxşı anlayırıq.

Belə bir fikir mərhələsində, Almaniya bayrağının birinci rəngi, bizdə böyüklük anlamı daşıyan – qara – maraqlı bir simvol kimi qarşımıza çıxır. Qara rəng tarixdə çox vaxt matəm və qaranlıq dönəmlərlə assosiasiya edilsə də, əslində, bu, eyni zamanda yeni bir başlanğıcın, keçmişdən alınan dərslərin və yenidən qurulmuş bir gələcəyin rəmzi kimi xarakterizəni haqq edir. 

Klassik versiyaya görə, alman bayrağındakı qara, qırmızı və qızılı rənglər 1848-ci ildəki inqilab zamanı birləşmiş Almaniyanın rəmzinə çevrilib. Ancaq bəzi qaynaqlarda bu rənglərin Müqəddəs Roma İmperiyası dönəmindəki qara-qızılı və Napoleona qarşı döyüşən könüllü birliklərin qara-qırmızı-qızılı (sarı) uniformalarından qaynaqlandığı da vurğulanır.

Alman və Azərbaycan bayraqlarında yalnız bir rəng – qırmızı eynidir.
Maraqlıdır, hər iki bayraq üçrənglidir, ikisində də qırmızı rəng ortadadır: bizdə göy ilə yaşılın “qoruduğu” qırmızını, almanlarda qara və sarı “qoruyur”…

Almaniya tarixinə nəzər saldıqda üç əsas mərhələ diqqət çəkir. Bu mərhələlər, 

XIX yüzildə başlayan Alman Birliyi sürəci, 

XX yüzildə ll Dünya müharibəsindən sonrakı yenidənqurma, nəhayət, 

çağdaş Almaniyanın Avropa və dünya siyasətində lider mövqeyə yüksəlməsidir.

Tarixdən çıxarılan dərslər Almaniyanın bugünkü siyasi və mədəni kimliyində önəmli yer tutur. Keçmişi inkar etmədən, amma ondan yeni bir gələcək yaratmağı bacaran Almaniya modeli, əslində, xalq ruhunun cəsarətini ifadə edir. O, keçmişin yüklərini daşıyan, lakin onlardan yeni bir həyat quran gücün də ifadəsidir.

Azərbaycan da öz tarixində önəmli təcrübələr yaşamış bir ölkədir. Uzun illər dış basqılara uğrayan, XX yüzildə müstəqilliyini qazanaraq yeni bir inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın da tarixi keçidləri Almaniyanın təcrübəsi ilə müəyyən paralellər təşkil edir. Biz soyqırıma uğramış, hər iki Dünya müharibəsində itkiləri olmuş amma o müharibələri başlatmamış bir ölkəyik. Bununla belə, tarixdən tarixə, ideologiyadan ideologiyaya, quruluşdan quruluşa keçidlərimiz müəyyən təbii oxşarlıqlar nümayiş etdirir.

Oxşarlıqlar Azərbaycan-Almaniya münasibətlərini yalnız iqtisadi və siyasi kontekstdə deyil, mədəni və tarixi baxımdan da dəyərləndirməyi zəruri edir.

Mədəni diplomatiya, əslində, dövlətlərin bir-birini daha dərindən anlamasına, keçmişdəki təcrübələrini paylaşaraq gələcək üçün sağlam işbirliyi qurmasına münbit ortam yaradır. Azərbaycanın zəngin mədəni irsi, tolerantlığı alman fəlsəfəsi və elmi ilə qarşılıqlı münasibətlərdə öz əksini tapdıqca, bu iki ölkə arasında yeni bir mədəni-mənəvi körpü də formalaşır. Ayrıca, 
almanların XIX yüzildən Azərbaycanda toplu halda yaşamağa başlaması, onların ll Dünya müharibəsinədək Azərbaycanda formalaşdırdığı irs də özünəxas körpü olaraq çıxış edir. Bu sətirlərin yazarının doğulduğu Tovuz eli daxil olmaqla respublikamızın Günbatar ellərində Batılı almanların mədəni izləri hələ də qalmaqdadır.

Ədəbi bağlar - Bodenştedt-Vazeh adları, 

mədəni irs - Bakıda Alman Kirxası, 

hələ də əski halı ilə qorunan Helenendorf, Annendorf kimi (alman icmalarının) yaşayış məntəqələri,

iqtisadi bağlar - Simens qardaşları üzərindən anıla, vurğulana, dəyərləndirilə bilər. 

“Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik”. - Bu, Prezident Ştaynmayerin bəyanatındandır.

Yeri gəlmişkın, o tay-bu taylı azərbaycanlıların Almaniyada əsasən XX yüzilin ikinci yarısından bəri boy göstərən varlıqları da təqdirlə vurğulana bilər.

Bütün bunlar bir daha göstərir ki, beynəlxalq münasibətlər yalnız rəqəmlərlə, müqavilələrlə və iqtisadi statistika ilə sınırlanmır. Tarixin və mədəniyyətin qatıldığı bu münasibətlər, əslində, dövlətlərin gələcəkdə hansı dəyərlər üzərində dayanacağını müəyyənləşdirir. Azərbaycan və Almaniya arasında qurulan münasibətlər də bu böyük mənzərənin bir hissəsidir olub, mədəniyyətlərarası dialoqun necə həlledici rol oynadığını bizə xatırladır.

Bəli, diplomatiya bəzən sadəcə neft müqavilələri, ticarət statistikaları və siyasi razılaşmalar üzərində qurulmuş kimi görünə bilər. Lakin daha dərindən baxdıqda, onun mərkəzində mədəniyyətlərarası dialoq və tarixi təcrübələrin paylaşılması dayanır.
Azərbaycan-Almaniya bağlarının bu kontekstdə yeni bir mərhələyə qədəm qoyması, gələcək üçün ümidverici bir ismarıcdır.

Bu yerdə,
“Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyən Almaniya Prezidentinin bəyanatından daha bir önəmli sitat gətirək. - İqtisadi-ticari münasibətlər haqqında danışıqlara toxunan Prezident Ştaynmayer, yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Doğu ilə, o cümlədən Güney-Batı Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkəmizin rolunu belə vurğulayır: “Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”. İsmarıc aydındır.

Sonda

bir daha, Azərbaycan Prezidentinin sözlərinə müraciət edək: 
“Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri