Icma.az
close
up
RU
Düş, ənbə… Əkbər Qoşalı yazır

Düş, ənbə… Əkbər Qoşalı yazır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsl Azərbaycan diplomatiyası tarixən özünəxas (dövlətcanlı, vətəncanlı, gələcəkyönümlü) səviyyə və səciyyə ilə seçilməyi bacarıb. Özəlliklə, ən yeni tarixdə İlham Əliyevin adı ilə sıx bağlı olan hücum diplomatiyasını vurğulamalıyıq.

Bəli, bizim siyasət heç vaxt emosiya, həyəcan və qisas üzərində qurulmayıb; o, ədalətin və suverenliyin düz mütənasibliyi üzərində yüksəlib. Bax, dost Tacikistanın paytaxtı Düşənbədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti ilə ikitərəfli görüşdə söylədiyi sözlər də həmin o düz mütənasibliyin diplomatik sonuclarındandır. Hamının bildiyi kimi, rus dövləti son aylar bizə münasibətdə - sözdə yox, gerçəkdə - nəinki dost, faktiki olaraq, “dost olmayan ölkə, xalq” kimi davranıb yaxud belə davranışları daha da şiddətləndirmişdi.

Əlbəttə, güclü siyasi iradə ilə uhulət-suhulətin bir arada tutulması – Azərbaycanın diplomatiya dərsidir və öz bəhrəsini verir.

Ötən ilin son ayında baş vermiş bəlli uçaq insidenti - yalnız bir aviasiya hadisəsi deyildi, əlbəttə. Əlbəttə, bu, dövlətlərarası münasibətlərdə güvən sınağı idi. Prezident Əliyevin nümayiş etdirdiyi soyuqqanlı mövqe, emosiyadan uzaq, lakin prinsipial davranış Azərbaycanın bütün parametrlərlə haqlı olduğunu bir daha və çox dəqiqliklə göstərdi.

Bəli, rəsmi Bakı tələsmədi, amma tələblərini səhih şəkildə sıraladı:

-məsuliyyətin qəbul edilməsi, 

-rəsmi üzr istənməsi, 

-kompensasiya və 

-günahkarlara cəza. 

Bu, sövq-təbii “reaksiya” deyil, dövlət düşüncəsinin formulu idi.

Bəs Putinin Düşənbədəki - ictimaiyyətə bəlli açıqlaması sadəcə bir jestdirmi? Yox!  “Hələ o vaxt, bizim ilk telefon danışığımız zamanı mən yalnız faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istəmədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığımı bildirdim.

İndi bu fikirləri bir daha təkrarlamaq, yenidən ifadə etmək və bildirmək istəyirəm ki, biz, əlbəttə, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.

Bu sözlər, Moskvanın Bakı qarşısında mənəvi və siyasi məsuliyyəti faktiki olaraq qəbul etməsi yaxud qəbul etməkdən başqa variantı qalmadığı anlamına gəlmirmi?

Rusiya Prezidenti bunu təkrar edərək təkcə keçmiş hadisəyə deyil, həm də gələcək münasibətlərə inam körpüsü salmağa çalışdı. Ərazicə Yer üzünün ən böyük dövlətinin başçısının bəlkə kiçik həcmli kimi görünən izahının içində böyük bir geosiyasi ifadəlilik və etiraf var.

Bu məqamda vurğulamadan keçməyək: bizim qazanclarımız bəllidir – əxlaq, güvən, etika! – Bəli, imzaların qüvvədən düşdüyünün tez-tez şahidi olduğumuz dünyada bizim sözümüz imzamız qədər keçərlidir. – Bunu dost da bilir, dost olmayan da. 

Bəziləri üçün diplomatiya bəzən masada müharibədir; amma Azərbaycan diplomatiyası sübut etdi ki, ədəblə aparılan müzakirə yeri gələndə ən sərt ultimatumdan daha güclü ola bilir.
Bu hadisədə – uçaq insidentində də, biz nə Rusiyanı hədəf aldıq, nə də uluslararası arenada aqressiv mövqe tutduq. Əksinə, ədalətli, ləyaqətli tələblər irəli sürdük – və budur, istədiyimiz sonucdan başqa bir sonucu qəbul etməyəcəyimizi hər kəs gördü, bildi, sinirdi. Avropada – Kopenhagendə Fransa Prezidentinin davranışı, Azərbaycan Prezidenti ilə görüşü də, buna nənzər bir gərginlik zəncirinin Avropa halqası idi. Asiyada – Düşənbədə Putinin etirafı bayaq vurğuladığımız sonucun diplomatik kodlaşdırılmış formasıdır. Bizim işimiz haqq işidir; Avropa olsun, Asiya yaxud bütöv Avrasiya və ya Amerika olsun – haqq incələr, üzülməz!  

Beləliklə, bu hadisə bir daha göstərdi ki, Azərbaycan artıq bölgədə reaktiv yox, proaktiv gücdür. Yəni dövlətimiz hadisələr baş verdikdən sonra onlara cavab verən, necə dehərlər, tədbirə yox, tədbirsizliyə reaksiya göstərən davranış modeli ilə hərəkət etmir, hadisələri qabaqlayan, ssenarini özü quran və vektoru özü bəlirləyən davranış tərzinə malikdir. –
Azərbaycan yalnız cavab vermir, həm də məsələlərin gedişini özü formalaşdırır.

Biz münasibətləri məntiqlə, məsuliyyətlə, hüquqla tənzimləyirik; bizimki hansısa əsassız tələb və emosiyalarla hərəkət deyil. – Doğru olan da bu deyilmi?

Düşənbə görüşü həm də postimperial psixologiyanın tədricən gerçək siyasətə çevrilməsi prosesindən xəbər verir.

Ərazisi böyük olanda, nüvə dövləti olanda nə olar? – Bizim də tariximiz qədim, mədəniyyətimiz zəngin, gələcəyimiz böyükdür. Rusiya bizimlə münasibətləri qarşılıqlı maraq, sayğı və tarixi məsuliyyət üzərində qurmalıdır.
Bundan sonrakı Azərbaycan-Rusiya münasibətləri öncəki illərdəkinin tam eynisi olmayacaq. – 
Belə hesab edən, belə görən, belə yaraşdıranlar haqsızmı?.. – Əsla, yox.
Kreml keçmişin yanlışlıqlarını, kobudluqlarını qətiyyən təkrarlamamaq, qonşuluğun yeni modelini formalaşdırmaq yolunu tutmalıdır. – Havada da, suda da, quruda da…

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri