Icma.az
close
up
RU
Alman mətbuatı yazdı: Tramp 4 dəfə zəng etdi, Modi telefonu açmadı

Alman mətbuatı yazdı: Tramp 4 dəfə zəng etdi, Modi telefonu açmadı

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın aparıcı qəzetlərindən biri olan "Frankfurter Allgemeine Zeitung"un (FAZ) məlumatına görə, Hindistanın Baş naziri Narendra Modi son həftələrdə ABŞ Prezidenti Donald Trampdan gələn dörd telefon zənginə cavab verməkdən imtina edib.

FAZ yazır ki, Modinin bu addımı həm ABŞ-nin Hindistanı Rusiyadan neft idxalını dayandırmağa məcbur etmək cəhdlərinə qarşı duyduğu “narazılığın”, həm də “ehtiyatlı yanaşmanın” göstəricisi kimi dəyərləndirilir.


Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon zəngləri iki ölkə arasında böyük ticarət gərginliyi fonunda baş verib. Tramp administrasiyası Hindistanın Rusiyadan neft almasına cavab olaraq Hindistan məhsullarına 50 faiz gömrük rüsumu tətbiq edib. Bu göstərici Braziliyadan başqa heç bir ölkəyə tətbiq olunmamış ən yüksək səviyyədir.

Eyni dövrdə Yeni Dehli rəhbərliyi endirimli Rus nefti alımlarını artırıb ki, bu da Vaşinqtonun reaksiyasını daha da sərtləşdirib.

FAZ qeyd edir ki, Modinin Trampın zənglərindən yayınması qəfil reaksiya yox, şüurlu bir strategiyadır. Qəzetin şərhinə görə, “Modinin məqsədi, Trampın xarakterik danışıqlar üslubunun içinə çəkilməmək idi.” 

Tramp daha əvvəl ortada rəsmi saziş olmadan ictimaiyyətə ticarət razılaşması elan etmişdi. Bunun ən diqqətçəkən nümunəsi, Vyetnamla “razılaşma əldə etdik” açıqlaması olmuş, lakin sonradan belə bir sazişin mövcud olmadığı üzə çıxmışdı. FAZ yazır: “Modi eyni tələyə düşmək istəmir.”

Nyu-Yorkdakı "The New School" universitetində Hindistan-Çin İnstitutunun həmsədri olan siyasi analitik Mark Freyzer bildirib ki, ABŞ-nin Hindistanı Çini əhatəyə alma strategiyası da bu prosesdə uğursuzluğa düçar olub. Freyzerə görə, “Hindistan heç vaxt ABŞ-nin tərəfində Çinə qarşı mövqe tutmağı öhdəsinə götürməyib.”

İki ölkə arasında münasibətləri daha da gərginləşdirən başqa hadisələr də yaşanıb: Tramp ailəsinin Dehli yaxınlığında tikdirdiyi lüks göydələn layihəsi etirazla qarşılanıb, Trampın Hindistan-Pakistan atəşkəsində rol oynadığını iddia edən açıqlamaları isə Yeni Dehli tərəfindən sərt şəkildə rədd edilib. ABŞ Prezidentinin Pakistan Silahlı Qüvvələri Baş Qərargah rəisini Oval ofisdə qəbul etməsi də Hindistan tərəfindən açıq təxribat kimi qiymətləndirilib.

İki lider arasında son təsdiqlənmiş əlaqə 17 iyunda baş tutub. Trampın təşəbbüsü ilə reallaşan telefon danışığı Pahalgamdakı hücumlar və Hindistanın başladığı Sindur əməliyyatından sonrakı dövrə təsadüf edib. Bu görüşdə Modi açıq şəkildə bildirib ki, Hindistan-Pakistan atəşkəsində ABŞ-nin heç bir vasitəçiliyi olmayıb, danışıqlar Pakistanın təşəbbüsü ilə iki ölkə arasında birbaşa aparılıb. Hindistan Xarici İşlər Nazirliyi də belə məsələlərdə Hindistanın heç vaxt üçüncü tərəfin vasitəçiliyini qəbul etməyəcəyini təkrar vurğulayıb.

FAZ yazır ki, bu hadisələr Hindistanın xarici siyasətində daha geniş bir yenidən qurmaya işarə edir. Yeni Dehli yalnız ABŞ xəttinə bağlı qalmaq əvəzinə, Çin və Rusiya kimi ölkələrlə də əlaqələrini səssizcə gücləndirir. Qəzet bildirir ki, bu yönüm Hindistanın yaxın günlərdə Çinin Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirakı ilə də üst-üstə düşür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri