Icma.az
close
up
RU
Alman mətbuatı Mahirdən yazır

Alman mətbuatı Mahirdən yazır

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Almaniya çempionatının ikinci liqasında (Bundesliqa-2) çıxış edən “Nürnberq” klubunun sonuncu turda “Kayzerlautern” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda azərbaycanlı hücumçu Mahir Emrelinin inamlı oyunu və vurduğu möhtəşəm qol medianın diqqət mərkəzində saxlanılıb.

Modern.az xəbər verir ki, “Bild” qəzetində yayımlanan məqalədə Mahir Emrelinin uzun fasilədən sonra ilk qolunu vurduğunu və bu qələbənin komanda üçün son dərəcə əhəmiyyətli olduğu qeyd edilib. Qəzet M.Emrelinin əvvəlki çətinliklərinə baxmayaraq, komandanın ehtiyaclarına cavab verdiyini və bu performansının gələcəkdə də faydalı ola biləcəyini vurğulayıb.

Futbolçu qəzetə açıqlamasında “Kaiserslautern”ə qarşı qazandıqları qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını qeyd edib. O, komandasının doğru mental hazırlığa sahib olduğu təqdirdə liqada hər hansı rəqibi məğlub edə biləcəyinə inandığını ifadə edib.

“Clubfokus” platforması isə M.Emrelinin verdiyi vədlərə sadiq qalaraq, oyunda göstərdiyi performansla tənqidçilərə cavab verdiyini bildirib. Məqalədə M.Emrelinin sosial mediada ona yönələn tənqidlərə baxmayaraq, sakit və peşəkar şəkildə çalışaraq, komandasına faydalı olduğunu sübut etdiyi vurğulanıb: “Bu performans Emrelinin komanda üçün nə qədər dəyərli bir oyunçu olduğunu və gələcəkdə də onun potensialından necə faydalanıla biləcəyini göstərir”.

“Nürnberger Nachrichten” (nn.de) nəşri isə “Raket yenidən işə düşdü” başlığı ilə təqdim etdiyi yazıda futbolçunun fəallığını və əzmkarlığını ön plana çəkib. Məqalədə, M.Emrelinin həm hücumda, həm də müdafiədə göstərdiyi səylər və komanda üçün nə qədər vacib oyunçu olduğu vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri