Alman pilotsuz təyyarəsi “Apex Recordhunter” sürət rekordu qırır
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Almaniyanın “Quantum Systems” şirkəti uçuş zamanı saatda 700 kilometr sürətə çatan “Apex Recordhunter” dronunu sınaqdan keçirib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, əgər təyyarə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən təsdiqlənərsə, dünyanın ən sürətli elektrikli təyyarəsi olacaq.
Şirkət hazırda nəticənin rəsmi təsdiqini gözləyir və daha iki rekord vurmağı planlaşdırır.
Elektrikli təyyarələr üzrə hazırkı dünya rekordu əvvəllər 555,9 kilometr/saat sürətə çatan “Rolls-Royce Spirit of Innovation”a məxsusdur.
“Quantum Systems” şirkəti vurğulayıb ki, “Apex Recordhunter” qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün yaradılıb. Layihə üzərində iş bir ildən çox davam edib və hazırkı nəticə yalnız aralıq nəticə hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:221
Bu xəbər 09 İyul 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















