ABŞ təyyarəsi yeni sürət rekordu müəyyənləşdirdi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ-nin "Gulfstream Aerospace" korporasiyası "G700" biznes-klass təyyarəsinin Los-Anceles (ABŞ) - Farnboro (İngiltərə) marşrutu üzrə yeni sürət rekordu müəyyənləşdirdiyini elan edib. Hava gəmisi 8 778 km məsafəni 8 saat 27 dəqiqəyə qət edib.
Moderator.az xəbər verir ki, bu barədə sözügedən korporasiyanın rəsmi saytında məlumat verilib.
Bununla da "Gulfstream G700", Kanadanın "Bombardier" şirkətinə məxsus "Global 8000" modelinin göstəricisini 19 dəqiqə yaxşılaşdırıb. Diqqətçəkən məqam odur ki, əvvəlki rekord cəmi bir neçə həftə öncə qeydə alınmışdı. Həmin vaxt "Global 8000" bu məsafəni 8 saat 46 dəqiqəyə uçmuşdu.
Hazırda "Bombardier" və "Gulfstream" təyyarələrindən daha sürətli olacaq yeni nəsil səsdən sürətli sərnişin təyyarələrinin yaradılması üzərində fəal işlər aparılır. Əsas layihələrdən biri NASA-nın "Lockheed Martin Skunk Works" bölməsi ilə birgə hazırladığı "X-59 QueSST" eksperimental təyyarəsidir. Bu yaxınlarda o, ilk dəfə səs baryerini aşaraq gələcək kommersiya aviasiyası texnologiyalarının perspektivini nümayiş etdirib.
Ötən il isə "XB-1" eksperimental təyyarəsi yekun sınaq uçuşunu həyata keçirib. Planlaşdırılmış sınaq proqramının başa çatması ABŞ-nin "Boom Technology" şirkətinə növbəti mərhələyə - səsdən sürətli sərnişin laynerinin tamhüquqlu prototipinin yaradılmasına başlamağa imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 31 İyul 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















