Rus polisinə hücum edən miqrantların şəxsiyyəti məlum olub...
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Nefteyuqanskda polis əməkdaşlarına hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.
SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsi bildirib.
İstintaqla müəyyən edilib ki, iyulun 25-də axşam saatlarında yaşayış binasının yaxınlığında 17 və 18 yaşlı iki gənc xidməti vəzifəsini yerinə yetirən iki patrul polisi əməkdaşına qarşı zorakılıq tətbiq edib.
Hücum edənlərin hərəkətləri polis əməkdaşlarının özləri və hadisə yerinə gələn Milli Qvardiyanın əməkdaşları tərəfindən dayandırılıb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Bundan əvvəl bir qrup miqrantın polisə hücum etdiyi bildirilirdi.
Əvvəlcə onlar arasında söz davası baş verib, sonradan əlbəyaxa davaya çevrilib. Miqrantlardan biri polis əməkdaşını arxadan vurub.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















