Almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan dekabrın 6-dək Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi məqsədilə 35-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakının turizm əhəmiyyətli yerləri ilə yanaşı, Şəki və Qəbələni ziyarət edib, mədəni, tarixi, təbiət turizmi üzrə məhsullarla tanış olublar.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 min 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 06 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















