Rusiya YUNESKO nun Ümumdünya İrsi Siyahısına aid abidəni zədələyib
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın hücumları nəticəsində Ukraynada YUNESKO-nun (UNESCO) Ümumdünya İrsi Siyahısına daxil olan Kiyev-Peçersk Lavrası zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, dini abidə İkinci dünya müharibəsindən bəri ilk dəfədir zərər görüb.
"Baş verənlər Rusiyanın Ukraynanın mədəni və mənəvi abidələrinə qarşı təkrarlanan və sistematik hücumlarının, həmçinin ölkənin enerji infrastrukturuna və mülki əhalisinə qarşı davam edən zərbələrinin ümumi mənzərəsinə uyğundur", - siyasətçi bildirib.
O qeyd edib ki, Rusiya bu təcavüzə görə məsuliyyətə cəlb edilməlidir.
"YUNESKO-dan qətiyyətli reaksiya, o cümlədən açıq şəkildə pisləmə, vurulmuş ziyanın sənədləşdirilməsi və Ukraynanın mədəni irsinin müdafiəsi üzrə beynəlxalq tədbirlərin gücləndirilməsi gözləyirik", - Ukraynanın xarici işlər naziri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Yanvar 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















