Almaniya 2026 cı il BMT iqlim sammitindən imtina etməyə çalışır
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Almaniya hökuməti 2026-cı ildə keçiriləcək BMT-nin növbəti iqlim sammitinə ev sahibliyi etməkdən yayınmağa çalışır. AzPost xəbər verir ki, bu barədə məlumatı nüfuzlu Politico nəşri yayıb.
Hazırda sammitin harada keçiriləcəyi ilə bağlı Türkiyə və Avstraliya arasında danışıqlar davam edir. Lakin bu iki ölkə razılığa gələ bilməsə, sammitin keçirilməsi məcburi olaraq Almaniyanın üzərinə düşəcək. Çünki BMT-nin iqlim üzrə idarəsi məhz Almaniyada yerləşir.
Almaniyanın ətraf mühit nazirliyinin dövlət katibi Yozen Flasbart bildirib ki, rəsmi Berlin bu məsuliyyəti üzərinə götürmək istəmir: “Əgər razılıq olmasa, bunu biz etməliyik. Amma biz istəmirik”.
Rəsmilər qeyd ediblər ki, Almaniyanın sammitə ev sahibliyi etməsi, ölkənin sərt və bürokratik idarəetmə sisteminə əlavə yük yaradacaq. Belə bir iri tədbirin təşkili üçün uzunmüddətli hazırlıq prosesi, minlərlə iştirakçı üçün infrastrukturun və təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir.
Berlin bu səbəbdən Türkiyə və ya Avstraliyanın sammiti qəbul etməsinə ümid edir. Alman tərəfi bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə aktiv danışıqlar aparır və digər ölkələrin “razılıq verməsi üçün siqnallar” göndərir.
Mənbələr bildirir ki, Almaniya beynəlxalq səviyyədə iqlim məsələlərinə dəstək göstərsə də, bu dəfə nəhəng tədbirin təşkilati yükünü daşımaq istəmir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 11 Noyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















