Almaniya Rosneft in törəmə şirkətini ABŞ sanksiyalarından azad etməyə çalışır
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Almaniya Rusiyanın neft şirkəti "Rosneft"-in törəmə müəssisəsini ABŞ-nın tətbiq etdiyi sanksiyalardan azad etməyə çalışır.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumət danışıqlarından xəbərdar olan mənbəyə istinadla məlumat yayıb.
Almaniya bu məhdudiyyətləri alman banklarının sanksiyaların yerli enerji təchizatçısı ilə iş görməsinin qarşısını ala biləcəyini bəyan etdikdən sonra aradan qaldırmağa çalışır.
Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü deyib ki, ABŞ sanksiyaları "Rosnef"-in Almaniya biznesinə şamil edilməməlidir, çünki o, Rusiyanın ana şirkətindən ayrıdır və Almaniyanın nəzarəti altındadır.
Nəşr xatırladıb ki, “Schwedt”, “MiRo” və “Bayernoil” neft emalı zavodlarındakı payları özündə birləşdirən "Rosneft"-in Almaniya törəmə şirkəti 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalından sonra Almaniya hökumətinin himayəsinə götürülüb.
Nəşrin mənbələrinə görə, əvvəllər "Rosneft" və "Lukoil" şirkətlərinə sanksiyalar tətbiq edən Böyük Britaniya bir neçə gün sonra şirkətlərə "Rosneft"-in iki Almaniya törəmə şirkəti ilə işləməyə şərait yaradan xüsusi lisenziya verib və bu, Almaniya hökumətinin lobbiçilik fəaliyyətindən sonra baş verib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:“Rosneft” in törəmə şirkətini ələ keçirmək istəyirlər
30 Oktyabr 2025 19:32
ABŞ “Rosneft Almaniya”nı sanksiyalardan azad etdi
28 Oktyabr 2025 16:42
Almaniya “Rosneft”ə görə ABŞ yə minnətçi düşüb
27 Oktyabr 2025 13:06
Böyük Britaniya Rosneft in iki törəmə müəssisəsini sanksiyalardan azad etdi
23 Oktyabr 2025 02:37
Almaniya Rosneft in aktivlərinin idarə edilməsini altı ay uzadıb
09 Sentyabr 2025 14:45
Baxış sayı:58
Bu xəbər 24 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















