Almaniya Avropa təhlükəsizliyinin yeni liderinə çevrilir
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful avropalıların öz təhlükəsizlikləri üçün məsuliyyəti öz üzərlərinə götürməyə hazır olmalı olduqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Vadeful paytaxt Berlində Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger ilə keçirdiyi görüşdən sonra həmkarı ilə birgə mətbuat konfransı keçirib.
Transatlantik ittifaq çərçivəsində Avropa, Şimali Atlantika və Arktikada Rusiyadan qaynaqlanan təhlükənin ciddiyə alınmasının vacibliyini vurğulayan Vadeful, “Bu səbəbdən dialoqda olmağımız müsbətdir, xüsusilə Danimarka və Qrenlandiyanın ABŞ-lə dialoqu baxımından”, - deyə qeyd edib.
Vadeful Avropanın təhlükəsizliyi ilə bağlı mövcud boşluqların sürətlə aradan qaldırılmalı olduğunu bildirərək, “Avropalılar olaraq təhlükəsizliyimiz üçün məsuliyyəti öz üzərimizə götürməyə hazır olmalıyıq” deyib.
Hər kəsin bu prosesə töhfə verməli olduğunu bildirən Vadeful qeyd edib ki, hazırda Almaniya liderlik rolunu üzərinə götürməyə hazırdır:
“Bu, NATO-nun şərq cinahında gücləndirilmiş Avropa İttifaqının (Aİ) müdafiə çərçivəsi üçün də, yeni təhlükəsizlik ölçüsü ilə üzləşdiyimiz Arktika üçün də keçərlidir”.
Bir jurnalistin ABŞ Prezidenti Donald Trampın beynəlxalq hüququ pozmasının qarşısının alınmasına Almaniyanın necə töhfə verə biləcəyi ilə bağlı sualına Vadeful belə cavab verib:
“Belə bir beynəlxalq hüquq pozuntusunun ola biləcəyinə dair hələlik heç bir əlamət görmürəm. Bir tərəfdə ABŞ, digər tərəfdə Danimarka Krallığı və Qrenlandiya arasında gələcəyə yönəlik ortaq dialoqu məmnuniyyətlə qeyd etdim”.
Vadeful sözügedən bölgədə yeni təhlükəsizlik risklərinin mövcudluğunun isə mübahisə doğurmadığını bildirib.
“Qrenlandiyaya göndərilən kəşfiyyat missiyasından nə gözlənilir?” sualına cavab verən Vadeful, bunun Arktikanın təhlükəsizliyi üçün məsuliyyət götürməyə hazır olduqlarını və bunu faktiki olaraq həyata keçirə biləcək vəziyyətdə olduqlarını göstərmək məqsədi daşıdığını deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















