Icma.az
close
up
RU
Almaniya mediası nasistlərin girovuna çevrilir TƏHLİL

Almaniya mediası nasistlərin girovuna çevrilir TƏHLİL

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Nasistlərə bağlı Deutsche Welle, Le Figaro, Berliner Zeitung kimi televiziya kanalları və media orqanları dezinformasiya yayan mərkəzlərə çevriliblər

Avropada cərəyan edən cəmiyyətlər daxili qarşıdurmalar, xalqlarla hakimiyyətlər arasında ziddiyyətlər qoca qitənin media orqanlarından yan keçməyib. Artıq vəziyyət o dərəcədə böhranlı məcraya yüksəlib ki, Almaniya, Fransa, Niderland kimi Avropa dövlətlərində jurnalist fəaliyyəti ilə məşğul olmaq təhlükəli hesab olunur. Çünki irad xarakterli yazılara, tənqid ruhlu məqalələrə görə media mərkəzlərinə hücumlar təşkil olunur, jurnalistlər döyülür, bəzi hallarda qeyri-qanuni şəkildə həbsxanalara atılırlar. Xüsusilə də, Almaniyada medianın vəziyyəti daha acınacaqlı və faciəvidir. Bu ölkədə KİV-lər informasiya azadlığından məhrumdurlar. Eyni zamanda, jurnalistlər ciddi təpki altındadır. Kütləvi tədbirlərin, əsasən də hökumət əleyhinə olan aksiyaların işıqlandırılması zamanı jurnalistlər böyük çətinliklərlə üzləşməli olurlar. Birbaşa Almaniya hökumətinin göstərişi ilə polislər jurnalistlərin normal fəaliyyət göstərmələrinə, öz peşə borclarını yerinə yetirmələrinə imkan vermirlər. Aksiyalar zamanı polisin müdaxilələri və ya çəkiliş azadlığına məhdudiyyət qoyması halları kütləvi xarakter daşıyır. Bu baxımdan da dəfələrlə beynəlxalq jurnalist təşkilatları Almaniya hökumətindən jurnalistlərə qarşı total hücumları dayandırmağı tələb ediblər. Hətta Beynəlxalq Jurnalistlər Federasiyası Almaniya hakimiyyətindən mediaya qarşı repressiyaları dayandırmağı tələb edib. ABŞ-də yerləşən Jurnalistləri Müdafiə Komitəsi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə Almaniyada mediaya qarşı total hücumların dayandırılmasına yardımçı olmaq xahişi ilə məktub göndərib. Lakin Almaniya hakimiyyəti dünya ictimaiyyətinin, beynəlxalq jurnalist təşkilatlarının çağırışlarına əməl etmir. Hələ də media basqı altındadır, jurnalistlər fikir və rəylərinə, mövqelərinə görə təzyiq olunurlar. Bunun fonunda hakimiyyətə yaxınlığı ilə seçilən media orqanları sərbəst şəkildə fəaliyyət göstərirlər. Belə demək mümkünsə hakimiyyətyönümlü media orqanları dövlət tərəfindən maliyyə yardımları, texniki avadanlıqlarla təmin olunurlar. Hakimiyyəti mədh edən, kansleri yaxşı tərifləməyi bacaran jurnalistlər yaxtalarla, malikanələrlə, bahalı avtomobillərlə mükafatlandırılırlar.

Almaniya KİV-ləri nasistlərə xidmət edir

Almaniyanın "Deutsche Welle", "ARD" telekanalları, Le Figaro, Nachrichten TV(Naxrixten), Berliner Zeitung, "Frankfurter Allgemeine Zeitung", "Der Tagesspiegel", ZDF, t-Online, Die Welt, Focus, Stern kimi yarı hakimiyyət, yarı nasistlərə xidmət edən media orqanları mütəmadi olaraq dünyanın demokratik, azad cəmiyyətləri haqqında şər və böhtan xarakterli məlumatlar paylaşırlar. Onların hədəfində olan dövlətlərdən biri də Azərbaycandır. Nasistlərin, xüsusilə də Frank Şveber kimi faşist ideoloqlarından göstəriş alan Deutsche Welle", "ARD" telekanalları, Le Figaro, Nachrichten TV(Naxrixten), Berliner Zeitung, "Frankfurter Allgemeine Zeitung", "Der Tagesspiegel", ZDF, t-Online, Die Welt, Focus, Stern Deutsche Welle", "ARD" telekanalları, Le Figaro, Nachrichten TV(Naxrixten), Berliner Zeitung, "Frankfurter Allgemeine Zeitung", "Der Tagesspiegel", Die Welt, Focus kimi televiziya kanalları və meda orqanları Azərbaycan haqqında dezinformasiya xarakterli materiallar tirajlayırlar. Bu üzdəniraq media orqanları hələ Azərbaycanda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunları, "Eurovision" mahnı müsabiqəsi və digər beynəlxalq tədbirlər ərəfəsi və sonra əsl nasist baxışlarına, yanaşmalarına uyğun materiallar paylaşmışdılar. Araşdırmalarla məlum olmuşdur ki, nasistlərin təsiri altında olan media orqanlarının Azərbaycan haqqında yayılmış qərəzli məlumatları eyni mərkəzin süzgəcindən keçib. Bu günlər öz ənənəvi ampluasından çıxış edən "Le Figaro" nəşri Azərbaycanla bağlı sifarişli material dərc edib. Üzdəniraq "Le Figaro" nəşrinin jurnalistinin Qərbi Azərbaycanın bir hissəsi olan Sünik bölgəsindən hazırladığı reportajda Qarabağı tərk etmiş ermənilərin Azərbaycana qarşı iftiralarından ibarət dezinformasiyalarını yayımlayıb. Halbuki, Ermənistanın işğalı dövrünə azərbaycanlı məcburi köçkünlər böyük iztirablar yaşayıb, məşəqqətlər görüblər. Bununla bağlı erməniqafalı fransız jurnalist bir kəlmə də olsun cızma-qarasında söhbət açmayıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan jurnalistləri məsələyə sərt münasibət bildiriblər. "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Ayaz Mirzəyev "Le Figaro"ya Açıq Məktub göndərib və nəşrin qarşı tərəfin mövqeyini işıqlandırmasını xahiş edib. Lakin gözlənildiyi kimi nasistlərin oyuncağı olan "Le Figaro" cızma-qaraya cavab haqqını tanımaqdan və ünvanlanan mətni səhifəsində dərc etməkdən imtina edib. Bununla da "Le Figaro" qeyri-ciddi, media prinsiplərindən və qaydalarından uzaq bir divar qəzeti olduğunu nümayiş etdirib. Bir daha təsdiq edilib ki, "Le Figaro" Frank Şveber kimi nasistlərin əlində alət olan nəşrdir.

Nasistlərin başçılarından olan Frank Şveber təhlükəli caniyə çevrilib

Almaniyada yalnız nasistlərə bağlı media orqanları deyil, həm də hakimyyətin sağ cinahında oturub Hitlerin əsasını qoyduğu ideologiyaya xidmət edən məxluqlar da Azərbaycana qarşı hürməkdə canfəşanlıq göstərirlər. Səbəbi isə Azərbaycanın azad, demokratik, sivil dövlət olması və 30 illik erməni işğalına son qoyaraq torpaqlarını azad etməsidir. Nasistlər əlcək rolunu oynayan Almaniya Bundestaqının üzvü Frank Şveber hər məqamda Azərbaycana qarşı hədyanlar səsləndirir, haqqında formalaşan müsbət imici dağıtmağa çalışır. Bəzi hallarda isə AŞPA-da Azərbaycan əleyhinə qərəzli qətnamələrin qəbul olunması üçün sifarişli layihələrlə çıxış edir. İddialar da irəli sürür ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur, KİV-lərə qarşı təzyiqlər olunur. Halbuki, vətənində insan azadlıqları demək olar ki, mövcud deyil. İnsanlar müstəqil fikir bildirməkdən, elementar hüquqlarının tanınması iddiasından məhrumdurlar. KİV-lər isə təzyiq və təhdid altındadır. Digər tərəfdən bu gün olduğu kimi, dünən də F.Şveberin yaxınları, hazırda xidmət etdiyi hitlerçilər bəşəriyyətə qarşı təhlükə mənbəyi olublar. Babası A.Hitlerin insanlığa qarşı törətdiyi vandal siyasətinin ağır nəticələrini hələ də bəşəriyyət aradan qaldıra bilmir. Bu vəhşiliklərdən dərs götürməyən Hitlerin nəvələri ara-sıra sivil dünyamızı təhdid edirlər. Daha doğrusu, bugünkü reallıq ondan ibarətdir ki, Almaniyada faşizm sürətlə formalaşır və inkişaf edir. Hər il Almaniya dövlət büdcəsindən F.Şveberin də təmsil olunduğu faşist dərnəklərinə milyardlarla maliyyə vəsaiti ayırmaqla nasizmin daha da inkişaf etdirilməsinə yardımçı olur. Hətta bu yaxınlarda Böyük Britaniyanın müvafiq hərbi strukturları Almaniyada faşizmin nüvə silahı əldə etmək üçün laboratoriyalarda tədqiqatlar aparıb, hazırlıqlar gördüyünü qeyd etmişdir. Bu isə açıq təhlükə deməkdir. Yəni Almaniya faşizmi nüvə silahına malik olarsa, bəşəriyyətin yenidən təhlükə ilə üzləşəcəyi şübhəsizdir. Ona görə də BMT, nüfuzlu beynəlxalq təşkilatlar, sivil, demokratik dövlətlər və xalqlar ayağa qalxmalı, faşizmi beşikdəcə boğmaq üçün hərəkətə keçməlidir. Bu halda Frank Şveber kimi təhlükəli canilərdən dünya xilas olar və rahat nəfəs alar. Unutmaq olmaz ki, unutqanlıq növbəti böyük faciələrə yol aça bilər.

İ.ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see275

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see250

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see245

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see245

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see240

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see231

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see221

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see212

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see211

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see182

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see171

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see170

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see169

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see166

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see166

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see166

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see161

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see160

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see159

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri