Almaniya ayağa qalxdı Yüz minlərlə insan meydanda
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Almaniyada fevralın 23-də keçiriləcək erkən seçkilərdə qələbə qazanması gözlənilən mühafizəkar Xristian Demokrat İttifaqı Partiyası (CDU) və Xristian Sosial İttifaqı Partiyasının (CSU) parlamentdə miqrasiya siyasətinin sərtləşdirilməsinə dair səsvermədə radikal sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) ilə əməkdaşlığı ölkədə etirazlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, bir çox siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları və insan haqları qurumları sərtləşən miqrasiya siyasətinə qarşı mübarizəyə çağırarkən, AfD-nin siyasətdə artan təsirinə qarşı ictimai etirazlar da güclənib.
Polis bazar günü paytaxt Berlində keçirilən etirazlara təxminən 160 min, aksiyanın təşkilatçıları isə 250 min insanın qatıldığını açıqlayıb.
Paytaxtda etirazçılar Reyxstaqın binası qarşısına toplaşıblar. Ardınca kütlə CDU-nun qərargahı önündə bu partiya və onun sədri Fridrix Merzin əleyhinə şüarlar səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















