Yüz minlərlə fransalı ayağa qalxdı: Makron gizlənməyə yer axtarır
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Fransada keçirilən etiraz aksiyaları ümumilikdə 175 min etirazçı toplayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər dərc edib.
Qeyd olunur ki, hakimiyyət orqanları 812 müxtəlif aksiya, o cümlədən 550 mitinq və 262 müxtəlif saytların bloklanması cəhdini qeydə alıb. Bir sıra şəhərlərdə nümayişlər iğtişaşlara çevrilib, ən azı 13 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Daxili İşlər Nazirliyi Fransa üzrə 473 nəfərin saxlandığını, onlardan 339 aksiya iştirakçısının həbsdə olduğunu bildirib. Parisdə radikal nümayişçilərin ayrı-ayrı qrupları səhər saatlarından polislə toqquşub. Bunlardan ən ciddisi Parisin 20-ci rayonundakı liseyin yaxınlığında baş verib və paytaxtın müxtəlif yerlərində keçirilən bir neçə nümayiş iğtişaşlara çevrilib. Daxili İşlər Nazirliyi gün ərzində nümayişçi qrupları ilə toqquşmalarda ən azı dörd polis əməkdaşının yaralandığını bildirib. Ümumilikdə, gün ərzində asayişi qorumaq üçün ölkə üzrə 80 min polis və jandarm əməkdaşı cəlb olunub.
Hazırda da Fransada hökumətin iqtisadi siyasətinə qarşı etirazlar və tətillər keçirilir. Nümayişlərin təşəbbüskarları ölkəyə girişlərin, yolların bağlanmasına, xüsusən də limanların, nəqliyyat vasitələrinin fəaliyyətinin dayandırılmasına çağırıblar.
Əliyar Xəlil


