Icma.az
close
up
RU
Almaniya Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir

Almaniya Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu qərarını dəfələrlə bəyan edib. Almaniya eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır və sülhün bərqərar olmasını əsas dəstəkləyənlərdən biridir.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevral ayının 20-də diplomatik münasibətlər qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. 

Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailəsi Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın, eləcə də digər sahələrin inkişafına böyük töhfə verib. Azərbaycanda yaşayan almanlar eyni zamanda Azərbaycanın siyasi həyatında iştirak ediblər.

Bu gün də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir.

İndiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına 17 dəfə rəsmi və işgüzar səfər edib. İki ölkə arasında 77 sənəd imzalanmışdır. 12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilib. 

Almaniya-Azərbaycan əlaqələri bu gün də yüksək səviyyədə davam etdirilir. Eyni zamanda Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyan və daim dəstəkləyən ölkələrdəndir. 

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib. Səfər zamanı mətbuata bəyanat verilib. Bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu səfərin Almaniya-Azərbaycan əlaqələrinə yeni müsbət təkan verəcəyini əminliklə vurğulayıb. Eyni zamanda qeyd edib ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib:

“Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.

Dövlət başçısı ötən il ölkəmizdə keçirilən COP29 beynəlxalq iqlim konfransının əldə etdiyi uğurlu nəticələrdən də bəhs edib:

“Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır”.

Azərbaycan 30 ildən artıq erməni işğalından əziyyət çəkib. İşğal altında qalan kənd və şəhərlər erməni vandalları tərəfindən dağıdılıb, mədəni və tarixi abidələr sökülüb, infrastruktura ciddi ziyan vurulub, yaşayış yerləri yandırılaraq yerlə yeksan edilib. Lakin bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar bununla bağlı ciddi bir iş görməmiş, yalnız bir neçə kağız üzərində qalan bəyanatlar verməklə kifayətlənmişdilər. Azərbaycan isə bu ədalətsizliyə son qoyaraq öz gücü ilə, müharibə edərək torpaqlarını işğaldan azad etmişdir. 

Azərbaycan Prezidenti xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyündən danışmış və təəssüflə qeyd etmişdir ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Onu da qeyd edək ki, Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində də geniş əməkdaşlıq həyata keçirilir.

Şəhla Ağbulud


Yazıçı-publisist, “Abşeron” qəzetinin baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see158

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see154

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see153

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see143

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see121

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri