Icma.az
close
up
RU
Almaniya Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir

Almaniya Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu qərarını dəfələrlə bəyan edib. Almaniya eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır və sülhün bərqərar olmasını əsas dəstəkləyənlərdən biridir.
1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevral ayının 20-də diplomatik münasibətlər qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. 
Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailəsi Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın, eləcə də digər sahələrin inkişafına böyük töhfə verib. Azərbaycanda yaşayan almanlar eyni zamanda Azərbaycanın siyasi həyatında iştirak ediblər.
Bu gün də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir. 
İndiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına 17 dəfə rəsmi və işgüzar səfər edib. İki ölkə arasında 77 sənəd imzalanmışdır. 12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilib. 
Almaniya-Azərbaycan əlaqələri bu gün də yüksək səviyyədə davam etdirilir. Eyni zamanda Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyan və daim dəstəkləyən ölkələrdəndir. 
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib. Səfər zamanı mətbuata bəyanat verilib. Bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu səfərin Almaniya-Azərbaycan əlaqələrinə yeni müsbət təkan verəcəyini əminliklə vurğulayıb. Eyni zamanda qeyd edib ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Dövlət başçısı ötən il ölkəmizdə keçirilən COP29 beynəlxalq iqlim konfransının əldə etdiyi uğurlu nəticələrdən də bəhs edib: “Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır”.
Azərbaycan 30 ildən artıq erməni işğalından əziyyət çəkib. İşğal altında qalan kənd və şəhərlər erməni vandalları tərəfindən dağıdılıb, mədəni və tarixi abidələr sökülüb, infrastruktura ciddi ziyan vurulub, yaşayış yerləri yandırılaraq yerlə yeksan edilib. Lakin bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlar bununla bağlı ciddi bir iş görməmiş, yalnız bir neçə kağız üzərində qalan bəyanatlar verməklə kifayətlənmişdilər. Azərbaycan isə bu ədalətsizliyə son qoyaraq öz gücü ilə, müharibə edərək torpaqlarını işğaldan azad etmişdir. 
Azərbaycan Prezidenti xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyündən danışmış və təəssüflə qeyd etmişdir ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.
Onu da qeyd edək ki, Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində də geniş əməkdaşlıq həyata keçirilir.
Şəhla Ağbulud
Yazıçı-publisist, “Abşeron” qəzetinin baş redaktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see131

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri