Almaniya, Böyük Britaniya və Fransa səfirləri İran XİN ə çağrılıb
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İran XİN ölkədəki etirazlara və iğtişaşlara, eləcə də onların iştirakçılarına açıq şəkildə dəstək verən ölkələrin səfirlərini çağırıb"
Ölkədəki kütləvi iğtişaşlar fonunda Almaniya, Böyük Britaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
"İran XİN ölkədəki etirazlara və iğtişaşlara, eləcə də onların iştirakçılarına açıq şəkildə dəstək verən ölkələrin səfirlərini çağırıb", - deyə xəbərdə qeyd olunub.
İran rəhbərliyi həmçinin səfirlərdən etirazların video görüntülərini bu ölkələrin xarici işlər nazirlərinə təqdim etmələrini istəyib. İran həmçinin dövlətlərdən etirazçıları dəstəkləyən rəsmi açıqlamalarını geri götürmələrini tələb edib.
Qeyd edək ki, İranda etirazlar nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb. Onlardan 490-ı etirazçı, 48-i isə təhlükəsizlik işçisidir. Etiraz aksiyaları zamanı 10.600-dən çox insan həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 13 Yanvar 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















