Britaniya və Fransa səfirləri Rusiya XİN ə çağırıldı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Böyük Britaniya və Fransanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirlərin Rusiyanın Bryansk şəhərinə Ukraynanın raket zərbələri endirməsi səbəbi ilə çağırıldığı bildirilib.
Qeyd edilib ki, "Rusiya XİN Britaniya və Fransadan Ukrayna Silahlı Qüvvələrinin Bryanskdakı terror hücumunu pisləyən ictimai reaksiya vermələrini tələb edib".
Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub ki, Britaniya, Fransa mütəxəssisləri və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi olmadan Bryanska "Storm Shadow" raket zərbəsi endirilməsi mümkün olmazdı: "Əgər London və Paris Kiyev rejiminin müharibə cinayətlərində iştirak etməyə davam edərsə, bu, Avropa paytaxtları silahlı münaqişənin dağıdıcı nəticələrinə və gərginliyin artmasına görə məsuliyyət daşıyacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Mart 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















