Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Berlin, 25 yanvar, AZƏRTAC
Almaniya hökuməti fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən əvvəl əfqan miqrantların daha bir qrupunu təyyarə ilə öz ölkələrinə göndərməyi planlaşdırır.
AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi növbəti deportasiyanın seçkilərlə bağlı olmadığını açıqlayıb. Məqsəd cinayətkarları və təhlükəli şəxsləri ölkədən çıxarmaqdır.
Daxili İşlər Nazirliyinin nümayəndəsi “Süddeutsche Zeitung” qəzetinə açıqlamasında qurumun deportasiya uçuşu üçün hazırlıqlar gördüyünü bildirib. Bu, Taliban rejiminin ötən ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ikincin deportasiya olacaq. Avqustun sonunda Almaniya ilk dəfə olaraq bu ölkədən olan miqrantları deportasiya edib və ağır cinayətlər törətməkdə təqsirli bilinən 28 nəfəri öz ölkələrinə geri göndərib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















