Almaniya daha 23 əfqan miqrantı deportasiya edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 25 avqust, AZƏRTAC
Almaniya daha 23 əfqan miqrantı deportasiya edib.
AZƏRTAC xəbər verir ki, Federal Daxili İşlər Nazirliyi onların böyük hissəsinin ağır cinayətlərə görə məhkum olunmuş şəxslər olduğunu açıqlayıb. Əfqan miqrantlar bu gün səhər çarter reysi ilə Kabilə yola salınıb.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt cəmiyyətin cinayət törətmiş şəxslərin ölkəni tərk etməsində maraqlı olduğunu bildirib. “Almaniyada yaşamaq hüququ olmayan hər kəs ölkəmizi tərk etməli olacağını gözləməlidir. Biz bu kursu ardıcıl şəkildə həyata keçiririk”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, iyulun sonunda 31 əfqan miqrant Lepysiq-Kabul çarter reysi ilə ölkələrinə deportasiya edilmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 Avqust 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















