Almaniya ilə əməkdaşlıq çərçivəsində “Yeni Klinika”da təlimlərə başlanıldı Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
TƏBİB və “Yeni Klinika” ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Yeni Klinika”da tibbi personal üçün təlimlərə start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar baş tutub.
12 həkim və 60 tibb bacısının cəlb olunduğu təlimdə Almaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub.
Təlim proqramı çərçivəsində “Sana” klinikasının tibb bacısı akademiyasının direktoru Jörg Noll, klinikanın terapiya komandasının üzvü Reinhold Angerer, xidmət komandasının üzvü İndat Tas, xəstə xidmətləri komandasının üzvü Marie Beinert sahə üzrə mühüm praktik mövzular üzrə təlimlər keçib, iştirakçıları pasiyent baxımında müasir yanaşmalar baxımından yeniliklərlə tanış ediblər.
Təlimlər zamanı iştirakçılar “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və cərrahi müdaxilə”, “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və konservativ müalicə”, həmçinin “Pasiyent yolu: təcili qəbul və sonrakı müalicə” kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, təlimlərdən öncə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşları və “Sana” klinikasının ekspertlərinin iştirakı ilə “Yeni Klinika”da şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub, əməkdaşların təlim ehtiyaclarını öyrənib, bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb.
Məlumat üçün bildirək ki, bu kimi təlimlər tibbi xidmətlərin davamlı inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















