Icma.az
close
up
RU
bp ilə əməkdaşlıq çərçivəsində BDU da yeni mərkəz yaradılıb

bp ilə əməkdaşlıq çərçivəsində BDU da yeni mərkəz yaradılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 may, AZƏRTAC

bp şirkətinin Bakı Dövlət Universitetinin (BDU) tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihəsi uğurla tamamlanıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində universitetdə müasir və interaktiv tədris məkanı – faydalı qazıntılar muzeyi əsaslı şəkildə və fərqli konsepsiya əsasında yenidən qurularaq istifadəyə verilib. Bu innovativ məkan Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərini əhatəli şəkildə təqdim etmək məqsədilə müasir rəqəmsal texnologiyalarla təchiz olunub.

Yeni muzey, kitabxana və tədris mərkəzi geologiya və əlaqəli sahələr üzrə müəllim və tələbələr üçün tədris, elmi-tədqiqat və öyrənmə proseslərini daha effektiv həyata keçirməyə imkan yaradır.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev bu mərkəzin strukturu və funksiyaları barədə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzdəki muzey müxtəlif tematik guşələri əhatə edir: Azərbaycanın geologiya tarixi, bölgələrin geoloji xüsusiyyətləri, mineral ehtiyatları, fosilləri və paleontologiyası, qeyri-adi geoloji quruluşlar, qorunan təbiət abidələri və s. Hər guşə interaktiv ekranlar, xəritələr, elmi eksponatlar, multimedia vasitələri və virtual reallıq elementləri ilə zənginləşdirilib və ziyarətçilərə maarifləndirici imkanlar təqdim edir.

Mərkəzin tərkibində xüsusi tədris zonası da nəzərdə tutulub. Burada tələbələr və professor-müəllim heyəti tədris və elmi fəaliyyətlər üçün zəngin məzmundan faydalana biləcək. Mərkəzdə, həmçinin akademik Musa Əliyevin BDU-ya hədiyyə edilmiş şəxsi kitabxanası da yeni formatda istifadəyə verilib. Qeyd olunub ki, bu kitabxananın Moskvadan Bakıya gətirilməsində ADA Universitetinin rektoru Hafiz Paşayevin xüsusi rolu olub.

Professor Hafiz Paşayev mərasimdə çıxış edərək akademik Musa Əliyevin elmi irsi, keçmiş SSRİ məkanında və o cümlədən Azərbaycanda, Əlcəzairdə həyata keçirdiyi neft kəşfiyyatı işləri barədə məlumat verib. Bildirilib ki, BDU Azərbaycanın elm, təhsil və maarif mərkəzlərindən birinə çevrilib və burada minlərlə mütəxəssis yetişdirilib.

Professor Hafiz Paşayev akademik Musa Əliyev və professor Mir Cəlal Paşayev arasında olan dostluq və elmi dialoqlardan da danışıb. Qeyd edib ki, biri humanitar, digəri isə təbiət elmləri üzrə fəaliyyət göstərsə də, onların müzakirələri dərin məzmun kəsb edirdi. Eyni zamanda vurğulanıb ki, Xəzər dənizində Neft Daşlarının kəşfində də Musa Əliyevin mühüm xidmətləri olub.

Rektor Elçin Babayev professor Mir Cəlal Paşayevin akademik Musa Əliyevə yazdığı əlyazma məktubu Hafiz Paşayevə təqdim edib.

Açılışda çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “Bu layihə ölkədə təhsilə və sosial inkişafa verdiyimiz dəstəyin gözəl nümunəsidir. Tərəfdaşlarımızla birlikdə məmnunuq ki, yüz ildən artıq tarixi olan və aparıcı ali təhsil müəssisəsi kimi tanınan BDU belə unikal bir mərkəzə sahib oldu. Mərkəz geoloji və geofiziki biliklərin zəngin bazasını innovativ formada təqdim etmək imkanı yaradacaq. Ümid edirik ki, bu muzey ziyarətçilərə Yer kürəsinin sərvətlərini kəşf etmək üçün unikal təcrübə bəxş edəcək və ölkənin geoloji irsinin dərin şəkildə dərk olunmasına töhfə verəcək.”

Rektor Elçin Babayev universitetin xatirə hədiyyəsini Qəri Counza təqdim edib.

Tədbirdə Milli Məclis sədrinin müavini Rafail Hüseynov, akademiklər Nizami Cəfərov, Akif Əlizadə və Vasif Babazadə çıxış edərək akademik Musa Əliyev haqqında, BDU-nun uğurlarından və yeni mərkəzin əhəmiyyətindən danışıblar.

Tədbir iştirakçıları Xatirə Kitabına ürək sözlərini yazıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri