Icma.az
close
up
RU
“Almaniya ilə münasibətlər keyfiyyətcə yeni mərhələdədir”

“Almaniya ilə münasibətlər keyfiyyətcə yeni mərhələdədir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər bir daha göstərdi ki, Azərbaycan Avropanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipi əsasında ardıcıl şəkildə inkişaf etdirir:

“Azərbaycan ilə Almaniya arasında “İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda gələcək illər üçün konkret əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir. Strateji gündəliyin formalaşdırılması göstərir ki, Azərbaycan artıq Avropada etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, siyasi və iqtisadi dialoqda da söz sahibi olan ölkələrdən birinə çevrilib.

Almaniya Avropa İttifaqının iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biridir. Belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin real nəticəsidir. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, iqtisadi sahədə əldə olunan razılaşmalar da diqqətəlayiqdir: “Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin və biznesə verilən dövlət dəstəyinin göstəricisidir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələri daha da dərinləşdirəcək, yeni iş yerlərinin açılmasına və texnologiya transferinə əlavə imkanlar yaradacaq. Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun daha bir təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının onlarla tərəfdaşına etibarlı enerji təminatı təqdim edir və eyni zamanda yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.

Nəqliyyat və logistika sahəsində Azərbaycanın qazandığı üstünlüklər də Almaniya ilə münasibətlərdə yeni imkanlar yaradır. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin müasir limanları, dəmir yolları və avtomobil magistralları Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və təhlükəsiz daşımaların əsas hissəsini təmin edir. Almaniyanın bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir”.

F.Yıldırım bildirib ki, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması məsələsi də xüsusi yer tutdu: “Azərbaycan hərbi-siyasi müstəvidə öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırmaq üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Regionun gələcəyi kommunikasiyaların açılmasından, iqtisadi inteqrasiyadan və qarşılıqlı etimadın möhkəmlənməsindən keçir. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət mövqeyini bir daha nümayiş etdirir.Almaniyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, ölkəmiz Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirəcək. Bu, həm iqtisadi inkişafımıza, həm də regional sabitliyə mühüm töhfə verəcək.Bu səfər bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən və uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini ardıcıl şəkildə gücləndirir. Ölkəmiz bu gün təkcə enerji ixracatçısı deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi və nəqliyyat platforması, regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur. Məhz bu reallıq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və dövlətimizin strateji baxışının ən parlaq göstəricisidir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri