Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlir

Münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qlobal və regional siyasətdə baş verən sürətli dəyişikliklər fonunda Azərbaycan–İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bu transformasiyaların mühüm göstəricisinə çevrilir. Bakı və Roma uzun illərdir strateji tərəfdaşdır. 2014-cü və 2020-ci illərdə imzalanmış sənədlər münasibətlərin möhkəm əsasını formalaşdırsa da, məhz son dövrdə bu çərçivə real məzmunla zənginləşib”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ciorcia Meloninin ölkəmizə səfəri mövcud səviyyənin sadəcə təsdiqi deyil, əməkdaşlığın daha kompleks modelə keçidinin nümayişidir. Əsas istiqamət olaraq enerji sahəsi qalmaqdadır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, neft və qaz təchizatında aparıcı yerlərdən birini tutur. Avropaya ixrac olunan qazın əhəmiyyətli hissəsinin məhz İtaliya istiqamətindən keçməsi Romanı strateji enerji qovşağına çevirir. Bu baxımdan, TAP layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kəmərin ötürmə qabiliyyətinin artırılması artıq yalnız iqtisadi məsələ deyil, Avropanın uzunmüddətli enerji arxitekturasının tərkib hissəsidir. İtaliya üçün Azərbaycan etibarlı təchizatçı, Azərbaycan üçün isə İtaliya Avropa bazarına əsas çıxış nöqtəsidir.
Bununla belə, millət vəkili hesab edir ki, iki ölkə arasında münasibətləri yalnız enerji ilə məhdudlaşdırmaq artıq mümkün deyil: “Meloninin səfəri göstərdi ki, əməkdaşlıq sürətlə şaxələnir. Gündəliyə investisiyalar, infrastruktur, təhsil və yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq daxil edilir. Birgə layihələr və istehsal kooperasiyası ilə bağlı müzakirələr tərəflər arasında etimadın artdığını göstərir. Bu kontekstdə Qarabağ mövzusu münasibətlərin siyasi yetkinliyinin mühüm göstəricisinə çevrilib. İtaliya rəsmi olaraq Avropa yanaşmasına sadiq qalaraq hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və sülh prosesinə üstünlük verib. Lakin Romanın real siyasəti daha praqmatikdir və faktlara əsaslanır. Məhz bu səbəbdən İtaliyanın Qarabağın bərpasında iştirakı xüsusi məna daşıyır. Bu gün İtaliya şirkətləri azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə aparıcı yerlərdən birini tutur. İnfrastrukturdan mühəndis həllərinə qədər onlarla layihə icra olunur. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Bu, artıq sadəcə iqtisadi iştirak deyil. Bu, yeni reallığın faktiki tanınmasıdır.
“Xarici şirkətlər hər hansı ərazidə fəaliyyət göstərdikdə, bu, həmin ərazidə dövlətin yurisdiksiyasının qəbul edilməsi deməkdir. Bu halda isə söhbət Azərbaycanın suverenliyindən gedir. İtaliya yüksək səslə bəyanatlar vermədən postmünaqişə reallığını qəbul etdiyini praktik addımlarla nümayiş etdirir. Eyni zamanda, bu yanaşma Avropanın regiondakı yeni iştirak modelini əks etdirir. Rəsmi Roma siyasi bəyanatlardan çox iqtisadi diplomatiyaya üstünlük verir. İnvestisiyalar, texnologiyalar və bərpa layihələrində iştirak uzunmüddətli təsirin əsas alətlərinə çevrilir”,-deyən Sevinc Fətəliyevanın fikrincə, səfərin simvolik tərəfi də diqqət çəkir. Belə ki, xanım Meloninin Ermənistandan sonra Bakıya gəlməsi balans siyasətinin qorunduğunu göstərir. Lakin bu balans artıq tərəflər arasında məsafə deyil, regiondakı real güc nisbətinin nəzərə alınması deməkdir. Postmünaqişə mərhələsində isə əsas aktor məhz Azərbaycandır.
Əməkdaşlığın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan Dövlət Neft Fondu İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu isə münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir. Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda Avropaya sərmayə qoyan tərəfdaşdır. Humanitar sahə də diqqətdən kənarda qalmır. Bakıda İtaliya–Azərbaycan Universitetinin açılması münasibətlərin gələcəyinə yönəlmiş strateji addımdır. Burada təhsil alan tələbələr gələcəkdə iki ölkə arasında təbii körpü rolunu oynayacaqlar.
“Nəticə etibarilə, Prezident İlham Əliyev və Ciorcia Meloni səviyyəsində keçirilən görüşlər göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yeni mərhələyə daxil olur. Bu, enerji əməkdaşlığından çoxşaxəli strateji tərəfdaşlığa doğru gedən əlaqələrdir. Əsas nəticə ondan ibarətdir ki, İtaliyanın Qarabağda iştirakı ikinci dərəcəli məsələ deyil, baş verən dəyişikliklərin əsas indikatorudur. Roma iqtisadi vasitələrlə regionda siyasi mövcudluğunu möhkəmləndirir, yeni reallığı qəbul edir və Azərbaycanla tərəfdaşlığını daha da gücləndirir. Bu gün məhz belə bəyanatlardan çox real addımlara əsaslanan yanaşma müasir geosiyasətin əsas xüsusiyyətinə çevrilir”,-deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri