Almaniya Kansleri: İran rejimi özünün son günlərini yaşayır
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridrix Merts İran rejiminin özünün son günlərini yaşadığını deyib.
O, bu barədə Hindistana səfəri zamanı bildirib.
“Əgər bir rejim hakimiyyətdə yalnız güc yolu ilə qala bilirsə, bu o deməkdir ki, artıq sona çatıb. Düşünürəm ki, biz bu rejimin son həftələrini, hətta son günlərini görürük. Hər bir halda, bu rejimin seçkilər yolu ilə xalq arasında legitimliyi yoxdur. Əhali ayağa qalxır”, – deyə Merts vurğulayıb.
Qeyd edək ki, İranda baş verən kütləvi etirazlar fonunda ölkədə artıq bir neçə gündür internet bağlantısı kəsilib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
İnsan haqları təşkilatlarının məlumatına görə, etirazlar zamanı 500-dən çox insan həyatını itirib, 10 mindən artıq şəxs saxlanılıb.
Baxış sayı:28
Bu xəbər 13 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















