Almaniya Kansleri Şolts Trampla birlikdə Ukrayna üçün hazırladıqları ümumi strategiyadan danışdı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Federal Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada sülhün nizamlanması məsələsində sıx əməkdaşlığın mümkünlüyündən danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Funke" nəşrinə müsahibəsində deyib.
Şolts tərəflərin bu məsələdə ümumi strategiya hazırlaya biləcəklərinə əminliyini ifadə edib.
"Mən ABŞ-nin gələcək prezidenti ilə telefonda çox danışmışam, biz, həmçinin, təhlükəsizlik siyasətinə cavabdeh olan şəxslərlə də birbaşa əlaqə saxlayırıq. Əminəm ki, biz Ukrayna üçün ümumi strategiya hazırlaya biləcəyik", - deyə kansler bildirib.
Həmçinin, Olaf Şolts Ukraynanın sülh danışıqları zamanı əraziləri güzəştə gedib-getməməsi ilə bağlı sualına dəqiq cavab verməkdən yayınıb və bildirib ki, heç bir məsələ Kiyevin iştirakı olmadan həll edilməməlidir. Onun sözlərinə görə, Ukraynanın müstəqilliyini və suverenliyini təmin edən nizamlanmaya nail olmaq lazımdır.
Xatırladaq ki, dekabrın 2-də Olaf Şolts Kiyevdə olduğu zaman Rusiya Prezidenti Vladimir Putinə müraciətində Almaniyanın Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib. Bundan əlavə, o bildirib ki, Almaniya 2025-ci ildə Ukraynaya hava hücumundan müdafiə sistemləri, haubitsalar və döyüş helikopterləri də daxil olmaqla, silah tədarükünü davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















