Azərbaycanlı qadın futbolçu Almaniya klubunda oynacayaq
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Azərbaycanlı futbolçu Nigar Mirzəliyeva karyerasını Almaniya çempionatında davam etdirəcək.
Lent.az xəbər verir ki, “Zenit”in sabiq müdafiəçisi Almaniyanın “Hamburq” klubuna keçib. Transfer barədə rəsmi olaraq “Zenit”in mətbuat xidməti məlumat yayıb.
“Mavi-ağ-göylər Nigarın ümumi qələbələrə verdiyi töhfəyə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır!” — klubun qadın komandası “Zenit”in teleqram kanalında yayılan açıqlamada deyilir.
Nigar Mirzəliyeva 2023-cü ilin yanvarından “Zenit”də çıxış edib. Onun klubda ümumilikdə 45 oyunu var. Futbolçu komanda ilə birlikdə iki dəfə Rusiya çempionu olub (2023, 2024), Superliqada bürünc medal qazanıb (2025) və ölkə Superkubokunun ikiqat qalibi olub (2023, 2025).
Qeyd edək ki, Nigar Mirzəliyeva 2002-ci ildə Mingəçevir şəhərində doğulub. Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının müdafiəçisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















