Icma.az
close
up
RU
Almaniya Kremllə dialoqa açıqdır: “Heç bir illüziyaya qapılmaq olmaz”

Almaniya Kremllə dialoqa açıqdır: “Heç bir illüziyaya qapılmaq olmaz”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Olaf Şolts: “Putinlə söhbət xoşagəlməz oldu, lakin bunu təkrarlamağa hazıram”

Almaniya kansleri Olaf Şolts bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra ünvanına səslənən tənqidlərə baxmayaraq, Kremllə növbəti dialoqa açıqdır. Onun sözlərinə görə, “Putinlə söhbət xoşagəlməz olub, lakin bunu təkrarlamağa hazırdır”. AYNA xəbər verir ki, bu barədə kansler RTL televiziyasına müsahibəsində deyib.

“Bu, baş verməlidir və mən bunu yenidən edəcəm. Amma bununla bağlı heç bir illüziyaya qapılmaq olmaz”, - Almaniya hökumətinin başçısı əlavə edib.

Kansler Putinlə dialoqu “məyusedici” adlandırıb, çünki o, “sadəcə bütün köhnə şərtləri təkrarlayıb”.

Eyni zamanda, Şoltsun fikrincə, bu söhbət digər məsələlərlə yanaşı, ona görə lazım olub ki, Putinə Almaniyanın hərbi təcavüzə məruz qalmış Ukraynaya dəstəyini zəiflətməyə ümid etməməsini başa salsın: “Bundan əlavə, müharibənin dayandırılması üçün zəmin yaratmaq üçün Putini bir daha qoşunları Ukraynadan çıxarmağa çağırmaq lazım idi”.

Qeyd edək ki, noyabrın 15-də Şolts 2022-ci ildən bəri ilk dəfə Vladimir Putinlə telefon danışığı aparıb. Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib, Kremli ordunu Ukrayna ərazisindən çıxarmağa çağırıb və Moskvanın Kiyevlə ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlara hazır olmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Rusiya Prezidenti ilə söhbətdən sonra Şolts qeyd edib ki, “Putinin Ukraynadakı müharibəyə baxışında çox az dəyişiklik var və bu, o qədər də yaxşı xəbər deyil”.

Putinlə telefon danışığı həm Almaniyanın özündə, həm Kiyevdə, həm də digər Avropa İttifaqı ölkələrində tənqid edilib. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, bununla kansler “Pandoranın qutusunu” açıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri