Almaniya məhdudiyyətə baxmayaraq İsrailə silah satmağa davam edir?
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya hökuməti İsrailə qismən silah ixracı qadağasından sonra 2,46 milyon avro dəyərində silah göndərilməsinə icazə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hökumətin İsrailə qismən silah ixracı qərarını elan etdiyi 8 avqustla 22 sentyabr tarixləri arasında Almaniya müdafiə sənayesi istehsalçılarına bu ölkəyə ən azı 2,46 milyon avro dəyərində silah tədarük etməyə icazə verilib.
Alman hökuməti bu icazələrin yalnız digər hərbi avadanlıqlar üçün olduğunu, müharibə silahlarına aid olmadığını və daha əvvəl təsdiqlənmiş ixracın da çox kiçik bir hissəsini təşkil etdiyini iddia edib.
Kansler Fridrix Mertz 8 avqustda İsrailin Qəzza Zolağında əməliyyatları genişləndirmək qərarından sonra Qəzzada istifadə oluna biləcək silahların İsrailə ixracının dayandırıldığını elan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















