Icma.az
close
up
RU
Kanada İsrailə silah satmağa davam edir

Kanada İsrailə silah satmağa davam edir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kanadada istehsal olunan hərbi avadanlıqların ABŞ-dəki silah fabrikaları vasitəsilə İsrailə göndərilməyə davam etdiyi irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, “World Beyond War”, “Palestinian Youth Movement”, “Canadians for Justice and Peace in the Middle East” və “Arms Embargo Now” adlı qeyri-hökumət təşkilatları tərəfindən yayımlanan hesabatda, hökumətin açıqlamalarına zidd olaraq, Kanadadakı istehsalçılardan İsrailin mühüm döyüş təyyarələrini, bombalarını və top mərmilərini istehsal edən ABŞ silah fabrikalarına göndəriş edildiyinə dair sübutların olduğu bildirilib.

Hesabatda Avropa istehsalı olan yüzlərlə TNT-nin ABŞ-yə göndərilərkən Kanada üzərindən keçdiyi və Kanada istehsalı olan “F-35” döyüş təyyarəsi hissələrinin ABŞ-dəki müəssisələrə çatdıqdan bir neçə gün sonra İsrailə göndərildiyinə dair tapıntılar yer alıb.

2024-cü ilin aprelindən 2025-ci ilin avqustuna qədər ABŞ-nin “Lockheed Martin” şirkətinin fabriklərindən İsrail Müdafiə Nazirliyi, İsrail Hava Qüvvələri və İsrailli silah istehsalçılarına azı 34 hərbi təyyarə hissəsinin göndərildiyi iddia edilən hesabatda, 2023-cü ilin sentyabrından 2025-ci ilin avqustuna qədər Kanadadakı istehsalçılardan “Lockheed Martin”-in “F-35” montaj müəssisəsinə 360 əlavə hissənin göndərildiyi qeyd olunub.

Hesabatda həmçinin, Quebec əyalətindəki “General Dynamics” müəssisələrindən ABŞ-dəki sursat fabrikalarına Kanada istehsalı olan partlayıcı və yanıcı maddələrdən ibarət 150 göndərişin edildiyi, Polşada istehsal olunan azı 433 TNT-nin də Kanada üzərindən İsrailə çatdırıldığı iddia olunub.

“World Beyond War” təşkilatının nümayəndəsi Rachel Small Ottava şəhərində jurnalistlərə verdiyi açıqlamada, hökumətin “İsrailə silah axını dayandırılıb” yönündəki açıqlamalarına baxmayaraq, Kanada istehsalı olan hərbi avadanlıqların göndərilməsinin davam etdiyini bildirib.

Small Kanadanın ixrac icazələrini dayandırdığına dair açıqlamaların “ictimaiyyəti aldatmağa yönəlmiş bir addım” olduğunu vurğulayaraq, “Hökumət, Kanadanın İsrailə etdiyi silah ixracının böyük hissəsinin Kanada tərəfindən icazə alınmasını belə tələb etmədiyini əvvəldən bilirdi. Çünki ABŞ-dəki hüquqi boşluqdan istifadə edilərək bu silahlar ABŞ üzərindən İsrailə çatdırılırdı” deyə qeyd edib.

Xatırladaq ki, Kanadanın xarici işlər naziri Anita Anand avqust ayında verdiyi açıqlamada, İsrailə silah satmadıqlarını və bu vəziyyətin 2024-cü ildən bəri davam etdiyini bildirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri